Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə42/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   38   39   40   41   42   43   44   45   ...   300
49. SEYİD SƏLİM OCAĞI
Zinyət adında bir qadın Seyid Səlim kişiyə ərə getmişdi. Zin­yət deyirdi ki, Səlimə ərə getdim, o seyid, mən də avam, seyid də­yiliydim. Deyir, mən bu Səlimlə bir neçə ilə yaxın yaşadım. Bir gün deyir, durdum gejə oturdum, nə isə qapını aşdım, çölə baxdım. Həyətdə tut ağacı varıydı, gördüm onun dibində çırax yanır. Gəl­dim dedim ki, Səlim, getmisən tavlıya baxmısan, gələndə yadınnan çıxıf çırax yanılı qalıf. Səlim dedi ki, çırax dəyil aaz, uzan yat. Uzandım yatdım, əhəmiyyət vermədim.

Sora deyir bir gün durdum getdim, çörəh salıram, xəmir yo­ğur­dum, getdim həmin tutun dibində saj asdım çörəy bişirirdim. Bir də gördüm ki, tutun arxa tərəfinnən iki dənə yoğun ilan gəldi. İlan­narı görəndə durdum qaşdım. Qaçanda Səlim də səbət hörürdü. Dedi ki, aaz, niyə qaşdın, niyə qaşdın? Dedim ki, bəs əənnən bəri gürzə ilannar çıxdı. Səlim dedi ki, ilannarnan işin olmasın. Deyir, gəldi o ilannar Səlimin dörd tərəfində fırrandı, sora getdi o sajın yanında özlərini bıladılar külə, çıxıf getdilər (Qızım, bınnarın ha­mısını Zinyət danışırdı).



Bir üç-dörd ay keşdi. Daha yaz girif. Səhər-səhər durdum ki, inəhləri sağım, qoşum nobata getsin. Deyir, inəyi sağmağa gedən­də, baxdım gördüm ki... Həm də dünən çörəh salmışam, sajın külü­nü də belə komalamışam, üstünü də örtmüşəm. Gördüm ki, düz o sajın ye­rində bir bızov yatıf. Dedim ki, bına bax ey, yəqin Baxşı­gilin bı­zo­vıdu, təzif8 bıra. Baxşı da qonşularıydı. Deyir, getdim ki, bını tutum, durdu qaşdı əənə. Ərimi – Səlimi çağırdım ki, Baxşı­gilin bızovı təzif, gəl onu tut, sən allah, çıxıf gedər, yazıxdı. Dağ­dan-zaddan düşər, ölər. Səlim gələndə bızov gəldi Səlimin yanına. Səlim bının boynun qucaxladı, öpdü, bızov da başdıyır Səlimin üz-gözünü yalamağa. Yaladı, yaladı, deyir, onnan sora Səlim əlini çəh­di onun belinə, dedi ki, get, ay allahın heyvanı, nə arzun var, yerinə yetsin. Bızov qayıtdı ağzı əənə çıxdı getdi. O vaxtı da kəndin yanı Sumax meşəsiydi. Xalam deyirdi ki, o vaxtı damların dirəyi hamısı Sumaxdanıydı. Sora meşəni qırıf məhf eliyiflər. Yanı bızov Sumax meşəsinə getdi. Səlim gələndə dedim ki, Səlim, o günü ilanı maa de­mədin. Səlim dedi ki, qız, ilan o günü ziyarata gəlmişdi, çıxdı get­di. Bı da bızov yox, əlih balasıdı, bıra ziyarata gəlir. Deməli, qı­zım, nəinki insannar, habelə heyvannar da bıranı müqəddəs bilir­dilər. Hamı ora ziyarata gedirdi. Ta ki, Qubatdı köçənə kimi. Qı­zım, Zinyət deyirdi ki, qorxumnan mən Səlimnən ayrıldım, çıxdım gəldim. Dedim ki, mən bılların hürmətini gətirə bilmərəm. Səlim də gedif bir seyid qızı aldı.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin