Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə45/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   41   42   43   44   45   46   47   48   ...   300
53. ƏLİ BULAĞI
I mətn

İmam Əlinin qoşunu olufdu, bunnar susuzduxdan çox korrux çə­killər. Xəbər verillər ki, ya imam, axı biz susuzduxdan batdıx. Har­dan su tapax? Stolun yarısı qədər daş varıdı. Daşı götürür atır, gəlir düşür qəlbi təpəyə. Daş ora düşməynən ordan bir dənə bulax əmələ gəlir. Qoşun başdıyır ordan su işməyə. Özü də elə yerdən o su çıxıf ki, inanmazsan helə yerdən su çıxa. Sora Mayisdənmi, Sonə­sərdənmi birinin oğlu gedir qırx birin müharibəsinə. Bu əhd eliyir ki, Xudaya, mə­nim oğlum müharibədən gəlsin, mən gedim Əli bulağının qa­ba­ğında nov düzəldim, yan-yörəsin hasara alım, gəlif-gedənnər o bulax­dan su işsin. Həmin adamın oğlu sağ-salamat qayı­dır gəlir. O kişi özü də usdaydı. Gəlir yan-yörəsin hörür, qaba­ğında da nov düzəldir.
II mətn

Həzrət Əlinin ordusu Qaragözdə susuzduyuf. Əli daşı götürüf (həmin daşda da əlinin izi qalmışdı), deyif, bu daş hara düşsə, or­dan bulax çıxajax. Həmin daş düz gəlif dağın başına düşüf, ordan bu­lax qaynıyıf.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin