55. KALBA MƏHƏMMƏD
Onnarın evi ojax idi. Ojaxlarına hər vaxt ilan gəlirdi. Bir dəfə də bir əliy bı ojağa gəlir. Həmin əliyin balaları ölürmüş. Əliy bu ojağa gəlib üzü qibləyə uzanır. Kalba Məhəmməd əmi deyib ki, Allahın heyvanı, dur get. Əliyin döşü də süddü imiş. Demə, hər il balaları ölürmüş. O əliy özü bu ojağa gələndə (Kalba Məhəmmədin arvadının adı da Ayna imiş. Mənin qaynənəm bınnarı nağıl eliyib.) arvadına deyif ki, gəl əliyin bir döşünü sağ. Əliy üç gün gəlif ojağa, bir tərəfini sağıllar, gedif. Axırıncı günü Kalba Məhəmməd əliyə deyif ki, get, südün öz balalarına qismət olsun.
Kalba Məhəmməd şıxlardan idi. Kalba Məhəmmədin nitqinə gəlir ki, balaları öldüyünə görə əliy bu ojağa nəzir deyif, niyyət eliyif. Üç gün ojağa gəlib bir döşünü sağdırıf. Balalarına heç nə olmuyuf. Bu ojağın kəramətidi da.
56. NİYYƏT DAŞI
Şəlvəyə yenəndə boz daş vardı. O daşın maraqlı bir xüsusiyyəti vardı. Hər gedən niyyət tuturdu ki, gedirəm, filan işim düzəlsin, sağ-salamat qayıdım gəlim. O daşın üsdünə balaca bir daş qoyurdu.
57. QOŞA PALID
Biz tərəfdə qoşa palıd ağajı varıydı. Ağajdarın dibində iki başdaşı varıydı. Deyirdilər, bu daşdar qurban olduxlarımızın qeybinnən yarandığı daşlardı. Camahat ora ziyarətə gedirdi. Ağzı əyilən, başı ağrıyan, nə bilim azarrıyan gedib orda yatırdı ki, şafa tapsın. Bala, nənəm deyirdi ki, bir dəfə bir erməni bilmiyif gəlif orda yatıf. Nə bilsin. Erməni səhər neyliyif qalxa bilmiyif. Quruyub, ermənidi axı. Pir ermənini götürmüyüf, qurban olduğum.
58. DƏLİK DAŞ
Bizim kəntdə – Məzməzəhdə bir daş varıydı. Bı daş kəndin ortasında yox, bir əz kənarında idi. Bu daşa kənd camahatı möcüzəli, inanılmış bir daş kimi baxırdı. Bu daşa o qədər inanırdıx. Ona görə möcüzəli daş kimi baxırdıx ki, xəstə uşaxları sağaldırdı. Onu da deyim ki, bı daşdan ancax uşaxlar keçirilirdi, böyühlər yox. Ancax uşaxları gətirərdilər. Görürdün ki, uşax var, ayaxlarını düz qoya bilmir, üst-üstə qoyur, uşax varıydı ki, elə hey ağlıyırdı. Neynirdilərsə, səsini kəsə bilmirdilər. Elə uşax vardı, çiliyə düşürdü. Nənələrimiz deyirdi ki, uşağı olmuyan, qırxlı qadın uşağın üstünə gələndə uşax çiliyə düşürdü. Bax, həmən bu uşaxları həkimlər də sağalda bilmirdilər. Axırda gətirif bax o dəlih daşdan keçirirdilər, onnan sora uşax sağalırdı. Elə bil ki, bəyaxkı uşax deyildi. Dəlih daş çox hündür, təkər formasındaydı. Adamın biri daşın üst tərəfində, biri də alt tərəfində olurdu. Biri uşağı üsdən verib, altdan keçirirdi. Özü də üş dəfə təkrar eliyirdilər. İyirmi bir gün müddətində üş dəfə aparırdılar. Özü də cümə axşamı daşdan keçirməliydilər. Bu da iyirmi bir gün ərzində üç həftə eliyir. Hər həftiyə də bir gün düşür. Ora okqədər inanırdıx ki, ordan heş vaxt əliboş qayıtmamışdıx.
Dostları ilə paylaş: |