Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə49/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   45   46   47   48   49   50   51   52   ...   300
III mətn

Kürdhacı kəndində iki qardaş yaşıyırmış. Bir gün şahsevənnər gəlif iki uşağı götürüf gedəllər. Biri olar Qasımın, biri də Bayramın uşağı. Buları götürüf gedəllər. Orda evladı olmayan iki kişi varmış. Birin biri götürər, birin də biri. Burda az-çox yaşıyannan sora bunun biri tələf olar ölər, biri sağ qalar. Sağ qalan da yaşayar, yaşa­yar, ta onu aparan kişi buna toy eliyə. Bunu çöldə-bayırda görəndə deyillər ki, sən at tərkində gəlmisən, sənin burda yerin yoxdu. Məh­lən haradırsa get yerinə. Gəlir deyir ki, ay ata, mən haralıyamsa maa düzün de.

Deyir:

– Ay bala, nədi?



Deyir:

– Maa belə deyillər.

Deyir:

– Bala, düz deyillər, səni mən gətirmişəm, sən buralı deyilsən. O vaxdı o dərəyə Hajısamlı deyirdilər, gedərsən oraya. Həkəri çayı­nın sağ qoluynan gedərsən.



Evləndirmişmiş bunu. Bir at da gəlinin altına verir, gəlini otur­dur atın belində, yükü-zadı nə varsa götürüllər. Gəlir bizim kəndin altında İlan qayası deyilən yer var, ordan keçəndə bir fındıq ağacı əyilib gəlmişdi bosdanın qabağına. Gəlinin başı keçər ağaca, düşər çınqıllığa. Gəlin ölər. İşıxlanana qədər oğlan başına-gözünə döyür. O vaxdı bizim kənd yeddi evdən ibarət olufdu. Aşağıda bunu dəfn eliyəllər. Gedər deyər ki, Hajısam haradı? Mən ora getməliyəm. Qasıma muştuluxçu gedər ki, oğlunuz gəlir. Aradan bəlkə iyirmi-otuz il keçif. Bunun da atasının, anasının gözü yoldadı. Bilmillər kim apardı, necə apardı? Gələndə o deyər ki, mənim oğlumdu, bu deyər mənim oğlumdu. Qasım deyər mənimkinin kürəyində xalı var, Bay­ram deyif mənimkində də var. Qasım hansı əlaməti sayıfsa, Bayram da eyni əlamətdərin oğlunda olduğunu deyir. Qasım deyir:

– Qardaş, onda and iç, sən götür.

Bayram and içər götürər. Qasım deyər ki, sənin əlinnən mən burda dura bilmərəm. Qasım köçər gedər Şamkəndə, Bayram da köçər gedər Qara Bayram dərəsinə. Olarlar küsülü. Atam deyirdi ki, Bayram nahakdan and işdiyinə görə həmişə nahak qan oları tapırdı. Həmin nəsildən neçəsini sayırdı ki, ya gülləynən vuruf öldürüflər, ya əlnən öldürüflər.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin