Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə57/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   53   54   55   56   57   58   59   60   ...   300
65. VAĞAZİN KƏNDİ
Babamın atası İlyas adında bir kişi olufdu. Bir gün o ağlıyırdı. Babam deyif ki, niyə ağlıyırsan? Deyir, nənən öldü, qaldı Şərildə. Şərura Şəril deyirdilər. Demək, bular kiminsə zülmündən qaçıflar, gəliflər Vağazinə. Onnan da qabax Naxçıvannan Alqulu adında ba­bamız oğlannarı Hüseyin, Avaz, Zülfüqarnan gəlif Vağazinə. Ayləvi gəliflər, qardaş-əmioğlu. Üşdü-beşdi qardaşdılar. Üç oğuldan törə­mələr orda yayıldı. Deyilənə görə, özüynən üzdən irax qonşulardan birini də gətirif. Deyif ki, ay dığa, düş buraya bir daş qoy. Daşı qoyanda Alqulu gülüf. Dığa deyif ki, hə, indi bildim nəyə gülürsən. Özüzə məhlə tutursuz, yurd tutursuz, amma daşı mənim əlimnən qoyursuz ki, söyəndə söyüşlər mənim olsun. O kənd bölündü üş yerə, Vağazin oların mərkəzi kəndi oldu. Bozgüney, Kalafalıq kəndi həmin nəsildən törəyib.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin