Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə60/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   56   57   58   59   60   61   62   63   ...   300
68. MİNKƏNDDƏKİ NƏSİLLƏR
I mətn

O vədə Teymurləng kəntdəri, mahalları özünə tabe eliyə-eliyə gəlif. Mininci say Minkəntdə tamamlanıf. O say düzəldiyinə görə kəndin adı Minkənd qalıf.


II mətn

Bizə o taylı deyillər. Mənim babam Məşədi Məhəmmətdi, onun dədəsi Axund Allahyardı. Ajdığ oluf, deyif burda balalarım ajınnan qırılar. İki oğlu, iki qızı oluf. Oğlunun birinin adını Məhəm­mətdi, biri Hüseyindi. Qızdarının adı Tavat, Savatdı. Dörd uşağıynan Arazdan keçif gəlif Füzuli rayonunun Qacar kəndinə. Orda bir müddət yaşıyıf. Arvadının adı Telli oluf.



Molla Allahyarın möcüzü camahat arasında çox yayılıfmış. Arvadı rəhmətə gedəndə deyif ki, əzyət çəkmiyin, elə qəbri qapı­mı­zın ağzında qazın. Bunnar da deyif ki, ay axund, axı öz qəbir­san­nı­ğımız var, camahat orda dəfn olunur. Deyif ki, mən eldən ayrıl­mı­ram, amma mənim məsləhət bildiyim buradı. Mən də elə zor eli­yən deyiləm. Elə vəzyət oluf ki, el aparıf qəbirsannıxda dəfn eliyir. Danı­şılanı deyirəm ha, gözümnən görməmişəm. İlin yazbaşı vaxdı oluf. Dəfn olunannan sora gejə qar başdıyıf. Elə bir qar yağıf ki, deyilənə görə dizdən yuxarı qalxıb. Bu qar bir sutka, iki sutka kəs­miyif. Heş kimin xəbəri olmadan Axund Allahyar harda demişdisə arvad gəlif orda dəfn olunuf. Qar əriyənnən sora camahat baxıf ki, basdırdıxları qəbr boşdu. Deyillər, axı biz bunu burda basdırdıx. Axund Allahyara xəbər verillər. Deyir, siz ora basdır­dınız, Allah bir tufan elədi, qar elədi, özümün də xəbəri olmadı bir vaxdı bax­dım ki, qəbr burdadı.

Füzuli rayonunda bir arvadın oğlu nə iş tutufsa tənəzzül işi oluf. Deyif ki, Axund Allahyarın ojağına qurban deyirəm, oğlum bu işdən qutarsın. Gejə çıxıf yalvaran vaxdı baxıf ki, Qacar tərəfdən işıx gəlir. Arvad özün itirmədən işığa tərəf gəlir, gəlir. İşığa çatanda baxır ki, nə işığ var, nə yanan var. Arvad oraya bir nişanə qoyur, qayıdır gəlir. Səhər kimsə bir xəbər gətirir ki, sənin oğlunu boş­dadılar. Oğlu gəlir deyir ki, vallah, hava işıxlananda məni çağır­dı­lar ki, gəl ayın-oyununu götür, səni boşdadılar. Bu səfər anası gedir həmən nişanə qoyduğu yerdə – Axund Allahyarın qapısında qayıb ojağı tikif.

Axund Allahyar sora Qacarı tərk edir, gəlir Ağoğlannan qon­şu Əsəd Sultannar kəndinə. Qarıqışlaxdan bir qadınnan evlənir. Or­dan da gəlif Minkəntdən aşağı Qalaça kəndinə. Böyük bir bulağ oluf. O bulağın səbəbinə gəlif orda məskunnaşıf balalarıynan.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin