Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə62/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   58   59   60   61   62   63   64   65   ...   300
VII mətn

Biz tərəfdə olan təpələrdə müəyyən eləmişdilər ki, bu təpədə alav yananda bilin ki barışıxlığdı, toplaşmalısız söhbətə. İkinci tə­pə­də alav olanda çıxmalısız haraya, üçüncü alav olanda silahlı gəl­məlisiz. Deməli, bunnar müəyyənnəşmiş işdi.

Nənəm təzə gəlin gələn vaxdı – Nooruz bayramı, ayın iyirmi biri günü Sultan düzü deyilən yerdən ermənilər top atır Minkədə ki, minkəndlilərin başı bayrama qarışıxdı, bəlkə bunnarı qaçax sal­sın­nar, kəndə sahib çıxsınnar. Həmən alavın vasitəsiynən Allah­verdi oğlu Hajı camahatı yığıfdı. Onda da camahat qaçırdı Qarakeş tərə­fə. Deyif, filankəs, sən Qarasu deyilən yerdə camahatın qabağın kəs ayana getməsin, mən gedif daldan qarışajam erməniyə. Havaxt sizə parol versəm bilin ki, erməni sınıx düşüf, onda dalımcan gəlin. Bay­ram günü hamının qazanı ojağ üsdə. Topu da atıllar, hara dəyir paralıyır, hamı pərən düşüf. Hajı babam gedir girir erməninin içinə, qabağına çıxanı vurur. Bular da yerdəki meyitləri görür, elə bilillər biz tərəfdən atıllar. Babam topçunu öldürənnən sora parolu verif, kəntdən Muradəli, Süleyman, Səvdimalı gedillər onun hayına. Ha­jı­lar kəndinnən Ağalar, Molla Əhmətdi kəndinnən, Mirikdən çıxan­nar qoşulullar onnara, erməniləri Gorusun Ağdərəsinə qədər qovurlar.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin