7. İLAN HAQQINDA
Kəvşəndə ilan görəndə deyirdih ki, öldürmüyün, onun qabağınca gəzənə qurban olum. Süleyman peyğəmbər gəzir onun qabağıncan. Ziyannıx vırmasın deyə, həbelə alqış eliyif qayıdırdıx əvə. Heylə deyəndə adamı ilan vırmırdı.
8. VAXT-VƏDƏ HAQQINDA
Quyruxdoğdu yay yarı olana – avqustun beşinə düşür. Təkə qarışdı düşür payızın ortasına, Xıdır Nəbi qışın ortasına düşür, yazın qırxbeşi də yazdan 45 gün keçənnən sora olur. Payızın ortasına qədər təkə ayrı gedir, keçi ayrı. Payızın ortasında təkə keçiyə qarışır. Yazın qırxbeşində el dağa köçür. Quyruxdoğdu oxatan bürcüdü. Oxatan bürcü üş dənə ildız belədi, üçü də belə. Gecə doğur, dalıncan da sarı ildız gəlir. Ona görə ona quyruxdoğdu deyillər. Sarı ildız yayın bir ay yarımı gedəndə doğur. Həmin ildız doğannan sora artıq havalar soyumağa başdıyır, dağa gedənnər yavaş-yavaş arana qayıdırlar.
Xıdır Nəbi çilənin ortasına – fevralın beşinə düşür. Xıdır Nəbidə xaşıl bişirillər, kömbə bişirillər, təkə düzəldillər. Uşaqlar oxuyardılar:
Təkəm bir oyun oynar,
Qurdnan qoyun oynar.
Yığar Şəki-Şirvan düyüsün
Təkənin toyun eylər.
Buynuzdu təkə qayırardılar, onu oynadardılar. Qapı-qapı un yığardılar, yağ yığardılar. Xıdır Nəbi haram heyvannarın – pişiyin, itin, canavarın cütə gələn vaxdıdı.
9. BUĞA BÜRCÜ
Yayın bir ayı gedəndə buğa maral sürüsünə qarışır, on bir ayın içində doğur. On ayı ötürür, on bir ayın içində doğur. Ona buğa bürcü deyillər. Maral gözün dikir ona, o doğan kimi qarışır sürüyə. Boğaz qalannan sora buğa təzdənnən ayrılır ayrı yana gedir, maral da ayrı yana. Həmin ildız may ayında doğur. Həmin vaxt maral, camış, atın hörə gələn vaxdı olur.
Dostları ilə paylaş: |