98. DÜLDÜL HOPPULAN YER Bizim kəntdə iki dağ var, dağın arasınnan su axır. Demək dağlar ikisi də daşdı. Ora Düldül hopbulan deyillər. Yezidnən qurban olduğum imamlardan hansısa gedir çıxır o Düldül hopbulana. Orda bax bu qəlbiliyində, boyu da belə bir daş var. Orda iki xəncərin yeri var. Biri işdiyif daşın ortasınacan, biri hardasa on santı gedif. Deyillər, daşın ortasına gedən qılınc imamın qılıncıdı, amma üsdə qalan yezidin qılıncıdı. Düldül də imamlarımızın atıdı. Ordan Düldül sıçrıyıf, yezid sıçrıya bilmiyif.
99. ƏRİMGƏLDİ Şuşaya çıxan yolda Ərimgəldi deyilən yer var. Bəylər Əsgəran tərəfə ticarətə-zada gedərdilər. O vaxdı bəylərin faytonnarının rəngi varmış. Onda xanımlar Ərimgəldi deyilən yerdə oturuf ərinin faytonunu gözdüyürmüş. Fayton görünəndə deyirmiş, ərim gəldi, mən getdim. O yerin adı ordan qalıb.