Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə89/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   85   86   87   88   89   90   91   92   ...   300
102. BEŞDƏLİ KƏNDİ
Bizim kəndin adı əvvəllər Əsgülüm olub. Qəşəh güllü-çiçəhli kənd oluf. Sora kəntdə beş dənə qardaş varıymış, çox qəhrəman, iyid oğlannarmış. Bı qardaşdara mərtdiyinə görə dəli deyirmişdər. Ona göra da kəndin adını Əsgülüm yox, Beşdəli addandırıflar. Həmən qardaşdar kasıflara kömək eliyirmişdər.

103. KORLAR KƏNDİ
Həmzəli kəndində Sınıx körpü var. Həmzəlilərə həm də Kor­rar deyirdilər. Korrar deyilməsinin səbəbi vardı. Həmzəli kən­din­dəki Sınıx körpünü kişi libası geymiş bir qadın tikdirib. Bu qadını heş kəs tanımayıb. Körpü tikilib qutarıb, tamam başa çatan­nan sora qonaxlıx təşkil eliyib. Həmin qonaxlıxda deyib ki, mən kadınam, kişi paltarı geyinmişəm. Körpü tikilib qutarıb, amma siz mənim kadın olduğu­mu bilməmisiz. Bu gündən sizin adınızı qoyuram Korrar.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin