108. NƏZİR BULAĞI Aslan bəy bizim kəntdən kənarda heyvan saxlıyırmış. Orda bir bulax var imiş. O gedif ordan suyu çəkdirif üsdündə tağbənd düzəltmişdi, çömçə qoymuşdu, su ora gəlirmiş. Bir müddət gələnnən sora o bulax quruyur. Quruyanda Aslan bəy bir at nəzir deyir ki, su gəlsin. Bir müddət keçənnən sora su həmin yolnan gəlmir, başqa yerdən çıxır. Çıxanda gətirir bir at verir seyidə, bulağın da adını qoyur Nəzir bulağı.
TARİXİ ŞƏXSİYYƏTLƏR, QAÇAQLAR, TANINMIŞ İNSANLAR VƏ PƏHLƏVANLAR HAQQINDA RƏVAYƏTLƏR 109. EYMƏNMƏ KÖNLÜM, EYMƏNMƏ Şah Abbas bir dəfə gəzməyə çıxanda görür ki, bir nəfər tualeti təmizdiyir. Öz-özünə deyir ki, eymənmə könlüm, eymənmə. Bunnan da betər günə düşərsən. Şah Abbas öz-özünə fikirrəşir, deyir, görəm həyatda bunnan da çirkin iş var? Çirkin iş budu, bunu da bu görür, da nə deyir ki, eymənmə könlüm, eymənmə, bunnan da betər günə düşərsən. Bu söz şahın ürəyində qalır. Gedir, axşam libasın dəyişir. Deyir, gedin filan adamı çağırtdırın gətirin. Həmin adamı çağırtdırır gətirir. Deyir, mən şəhəri gəzməyə çıxmışdım. Sən belə bir söz danışdın. Bu sözün açıqlamasın maa de görüm. Kişi durur belə baxır, baxır. Deyir, şah sağ olsun, orda mən nə eyib iş görürdüm kü? Təmizdiyirdim, zəhməthaqımı alırdım, gedirdim uşaxlarımnan halallıx alıb halal çörəyimi yeyirdim. Pis iş odu ki, mən kiməsə əl açam, deyəm maa bir maat ver. Onnan həyatda pis şey yoxdu. Mən kiməsə əl açıf pul qazanıf uşax saxlamıram. Öz halal zəhmətimdi. Tualeti təmizdiyif gedirəm uşağımı dolandırıram. Şah Abbas belə baxıf, baxıf, deyif, hə, doğurdan da, sən düz deyirsən. Ən hikmətli söz budu ki, sən öz zəhmətinnən öz ayləni saxlıyırsan.