Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə98/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   94   95   96   97   98   99   100   101   ...   300
III mətn

Kəntdə biri gəlif Paşa bəyə deyifdi ki, Paşa bəy, mən dağda yaşıya bilmirəm ey, çıxıf gedəjəm Qarabağa. Deyif:

– Oğul, de görüm gedəndə bu başı da özüynən aparajaxsan, yoxsa bu başı burda qoyuf gedirsən?

Deyif:


– Əşi, o nə sözdü? Gedəndə başımı da aparajam.

Deyif ki, o baş ki səndədi, nə ala dağ, nə qara dağ. Hara getsən, eyni şeydi.


IV mətn

Dağ evində buların qapısında çoxlu iti varmış. Bir gün Paşa bəy gəlir ki, buların (Sultanın – top.) qapısında o qədər it var, sayı-he­sabı yoxdu. Deyif ki, oğul, Sultan bala, bu itdər nə yaxşı sizi yemir?

Deyir:


– Niyə yesinnər, baba. Bulara çörək atırıx, yal bişirif veririk, sümük tulluyurux, itdər bizi tanıyır.

Deyir:


– Ay oğul, bu camahat sənə bu qədər çörək verir, niyə qu­du­ruf bu camahatı yeyirsən? Sultan, ağlızı yığın başınıza. Təkə­riniz çıxıfdı Qırxqız dağının başına. Bir gün ordan yumalanajax və Allah bilir harda bənd alajaxdı.
V mətn

Paşa bəyin iki yoldaşı oluf, biri seyid qızı oluf, Oğuldərə kəndinnən Seyid Mirəzizin qızı. Paşa bəy də seyidnən qohum olsa da, onnan arası olmuyufdu. Onun bir sözü var. Deyirdi ki, bir kəndi dağıtmax üçün ora qoşun lazım deyil. Kəndin başınnan bir seyid, ayağınnan bir seyid qoysan o kənd dağıldı getdi. Həmin bu Seyid Mirəziz gəlir qalır bunnarda. Yatmax vaxdı yer salıllar. Bu deyir ki, bəy, mən o yerdə yata bilmərəm. Paşa bəy də fikirrəşir ki, yəqin bunun yoldaşı yaxşı yer salmıyıf da. Girir içəri, görür taxtın üsdündə buna bir yer salıflar, soruxlu, çıxollu, tük yastıxlar başının altında, biri o tərəfdə, biri bu tərəfdə. Seyidə deyif ki, a kişi, bildim, bildim, sən orda yata bilməzsən. Gəlif arvada deyir ki, yekə evdə seyidə yeddi dənə yer sal. Çağırır:

– Seyid gəl, yerin hazırdı. Bu gejə səhərə kimi o yeddi yerin hansında isdiyirsən orda yatarsan.
VI mətn

Paşa bəyin dört oğlu oluf, ən ağıllısı Xosrov bəy oluf. Sultan bəy sərkərdə oluf. İsgəndər bəy onun ferma, təsərrüfat hak-hesabına baxan oluf. Zülü adında da bir oğlu oluf. Paşa bəy deyif ki, Zülü, səni göndərəjəm məktəbə gedəsən. De görüm bu başnan gedərsən oxumağa, yoxsa başını qoyuf gedərsən. Deyir ki, bay, adam başsız gedər?

Deyir:

– Yox, sənnən Xosrov olmaz. Elə sən burda get İsgəndərin malını otar.



Yoxluyurmuş ey o. Kim getməlidi, xaricə çıxa bilər, elə mənfət gətirə bilər.

Söz aparıf söz gətirənnərə deyirmiş, filankəs maa yağ gətirir, bal gətirir, erkək gətirir, siz də ətəyinizə yalan büküf gətirif bala­la­rımı qana salırsız. Gəlmiyin bura.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin