Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə101/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   97   98   99   100   101   102   103   104   ...   300
IX mətn

Şuşa, Gəncə, Qarabağ bəyləri yay vaxdı toplaşırmışdar Şuşa­da, orda söhbət eliyirmişdər, öz aralarında məşvərət eliyirmişdər. Ana­qız oğlu Şükür deyirmişdər. Ona hətta bəylər bəyi də deyir­mişdər. Özü bəy döyül, amma bütün bəylərdən dilavərmiş. O qədər gözəl nitq mədəniyyəti varmış ki, ona çatan yoxmuş. Paşa bəy hələ bəy olmamışdan qabax deyir ki, necə eliyək mənim bəy­liyimi təs­diq­lədək? Gəncədə general qubernator otururmuş, bəylərin təyinatın verən o idi. Anaqız oğlu Şükür deyir ki, Paşa, deginən görüm dörd dənə yüzdük səndə tapılar?

Deyir:

– Dörd nədi, lap on dənə tapılar.



Deyir ki, onda gedək. Qubernatorun iki uşağı var, hər uşağın əlinə bir yüzdük lazımdı. Çatan kimi uşaxlar bunnarı qarşılayır. Qarşılıyanda uşaxlar deyir:

– Dyadya, kto tıy takoy.

Deyir:

– Paşa bəy.



Qubernator bunnarı çağıtdırır içəri. Deyir ki, Şükür, yanıma nə üçün gəlmisən? Deyir gəldim ki, Paşanın bəyliyini təsdiq eliyəsən.

Deyir:


– Uşaqlar təsdiq elədi.
X mətn

Alqulu kəndində Ader addı keşiş olur. Bir gün bu, oğluna toy eliyir. Toy elənif qutaranda Paşa bəy onu çağırır. Deyir ki, gəl görüm toy nətər keşdi? O da sayılan adammış. Deyir ki, arə, elə yaxşı keşdi, elə yaxşı oldu. Sənin müsəlmannarın bir şiş kababdan ötrü bir qoynumu kəsdi, şad oldum. Bir cöngəmi kəsdi, şad oldum. Tuluğumu cırdı, ona da şad oldum. Amma bir dosdum qəndi cüt-cüt qoydu ağzına, elə bildim bütün məkür-kafımı apardı.

Bu qədər var gözünə görünmədi, dostunun qəndi iki-iki ye­məyi gözünə göründü. Məclisdə olanda gərək özüü gözdüyəsən da.
XI mətn

Bir gün rəhmətdik Sultan yuxudan oyanır, deyir:

– Ata, bu gecə bir yuxu görmüşəm. Gördüm ki, arabamız Qırxqızın başına dik yoxuşa çıxır.

Deyir:


– Baho, bala, nə pis yuxu görmüsən.

Deyir:


– Niyə dədə?

Deyir:


–Vay o günə ki, o geri qayıda. Onda bizim devranımız dağıla­jax. Oğul, gəl nəhlət şeytana de. Dik dırmaşma yuxarı, həmişə aşağı bax. Camahatnan pis rəftar eləmə.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin