Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə104/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   100   101   102   103   104   105   106   107   ...   300
XIV mətn

Laçının üç varrı adamı oluf. Biri Paşa bəy oluf, biri Hajı Mi­rəziz, biri də Lətif. Hajı Mirəziz həm də Paşa bəyin qayınatası oluf. Paşa bəyə sual verillər ki, bəy, dünyanı necə yola saldın? Deyif, mən daddım getdim, yəni yemədim. Hajı Mirəziz tamarzı get­di, am­ma Lətif yedi getdi. Özünə korruğ vermiyif. Kalxoz yara­nanda onun bünövrəsi Lətifin malı oluf.


XV mətn

Paşa bəyin böyük ilxıları oluf. Deyillər, hər yaşdan yüz baş heyvan saxlıyırmış. Deyillər ki, bir gün ilxısı gedəndə qoyun ürkür. Görür ki, ayağı bir zincirə ilişdi. Zinciri tuta-tuta gedir ki, bu zincir girif bir qayanın içinə. Qayanın nə oyuğu, nə bir şeyi. Tüfəngin sümbəsiynən qaşıyır, bir cığırın tapır. Baxıf ki, qayanı deşif içini qızılnan dolduruflar. Götürüf gətirif, onnan varranıf.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin