Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə105/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   101   102   103   104   105   106   107   108   ...   300
XVI mətn

Pircahannan Məşədi Alı gəlif Paşa bəyin yanına. Deyif ki, bəy, getdim o dünyanı gəzdim gəldim. Bəy də ağıllı adamdı. Düşü­nüf ki, bunda söz var da, yoxsa elə-belə bu sözü deməz. Deyif ki, Məşədi Alı, xeyir ola, nəyə getmişdin? Deyir, elə getdim. Deyir, nə gördün? Deyir, bəy sağ olsun, bir ev gördüm, bax bir ucu sənin bu evində, bir ucu da Həkəridə. Deyir, xeyir ola ay Məşədi Alı, o böyük­lükdə bi­nanı neynillər? Deyir ki, bəy, o binanın içi doludu naz-nemətnən. De­yir, o naz-neməti neynillər? Deyir ki, bəy, gör­düm ki, bir dəsdə camahat gəldi, heş-zada əlin vurmadan geyin­dilər-kejindilər, hərəsi bir at mindi, bir tüfəy götürdü, bir qılınc bağladı, çıxdı getdi. So­ruş­dum bu hara camahatıdı? Dedilər, bu Qasım­uşa­ğıdı, bəyin adamıdı. Deyir, sora nə gördün? Deyir, sora gördüm bir dəsdə camahat gəldi, nə böyük kiçiyi, nə kiçik böyüyü tanıdı. Ye ki yeyə bildikcən, ye ki yeyə bildikcən. Sora da qoltuxların, ciblərin doldurdular getdilər. Soruşdum bu hara camahatıdı? Dedilər, bu da Vağazin camahatıdı.

Bu söhbəti eliyən Şahbaz müəllim oluf Narışdan. Amma söhbətin dalın eləmədi. Dedi ki, bütün kəntdərin xasiyyəti orda öz əksini tapıf. Sənin dilin dinc durmuyajax, toyda danışajaxsan, ya vayda, mənim gorum olar söyüş yiyəsi. Mən goruma söydürə bil­mə­rəm. Sora xəsdələndi, qardaşımı göndərdim ki, bu söhbətin ardı­nı örgənsin. Deyif, yox, mən onu danışammaram.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin