Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə106/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   102   103   104   105   106   107   108   109   ...   300
XVII mətn

Paşa bəy adamların psixologiyasın bilən, düşüncəsin qiymət­ləndirməyi bacaran bir adam oluf. Bir dəfə evdə oturanda birdən hay düşüf ki, güney yandı. Dağda payızda ot bozarır, qışda, yazda heyvan onu xam kimi yeyir. Tökülüf gedifdilər, bəy də oturufdu. Deyif ki, bala, noldu? Deyiflər ki, odu söndürdük. Deyir, soruş­ma­dız ki, güney niyə alışıf? Deyiflər ki, bəy, Səfəralı kişi ojax qala­mış­mış, onnan od düşüf. Deyir, yox, siz Səfəralının cığın20 söndü­rəm­məzsiz. Heş kimin güjü çatmaz (Səfəralı görünür şeytan meyilli adammış da). Səhər duruf görüllər ki, bircə qarış yer də qalmıyıf, hamısı yanıf.



XVIII mətn

Atı İsgəndər bəy minif harasa gedif da. Gətirif atı bağlıyıf, özü də keçif yatıf. At qalıf çöldə günün altında, amma bu, evdə istirahətin eliyir. Paşa bəy gəlif deyir:

– Xaldar, Xaldar, bilirəm nə deyirsən. Deyirsən ki, əkdiyin namərt oğlun məni bu gejə minif isdədiyi yerə sürüf, özü öz kamına çatıf. Amma məni orda bağlıyıf ağaja, indi də burda bağlıyıf mil­çəyin altına, milçək yeyir məni. Bilirəm nə deyirsən.

O demək deyil ki, oğlunu pisliyir. Oğluna çatdırır ki, belə olmax lazımdı.


XIX mətn

Sabir kişi danışırdı. Nəsib Paşa bəyin əmisi oğludu. Deyir bir gün İsgəndər bəy bunun piçənəyinə mal yığıb, bunun yerini otarıf. Nəsib alıxlı atnan gəlif əmisi oğluna (Paşa bəyə – top.) deyir ki, nədi, oğlannarını göndərmisən mənim yerimə. Atdan düşmür, atın üsdünnən danışır. Deyir, Nəsib, düş, Nəsib, düş. Deyir, yox, düşmü­jəm. Oğlannarın belə eliyir, mənim piçənəyimi heyvannara otarır. Bir xeyləğ duruf deyir ki, o malı yığmamışdan qabax kimnən görüşdün. Deyif, Ədilnən Cümşüdnən. Deyir hə, o adamlar yığar. Deyif, məni də apar. Deyif, nətər səni aparım? Deyir, minəjəm tərkinə. Deyif, bəy də at tərkinə minər? Deyir, qoy camahat görsün ki, mən Nəsibin tərkində gedirəm, ona toxunmağ olmaz.


XX mətn

Bir bəy Paşa bəyə deyir ki, sən bu heyvannara nə verirsən ki, onnar gümrahdı, yaxşıdı. Amma bizim mal qırılır. Bir gün deyir ki, səni aparajam mənim çobannarımın yanına. Çobannarın yanına günorta aparır. Çobannara deyir, nəyiniz varsa, gətirin sırfa açın, yemək yeyək. Çobannar açır, bal, yağ, dünyanın nazı-neməti hamısı burdadı. Deyir ki, sabah da sənin çobannarınnan gedif yeyəjıyıx. Gediflər, çobannar sırfa açıllar. Çobanın sırfasında nə var? Paşa bəy deyir ki, sənin malın onçün arıxdı ey. Çobanın yedığı budu, malın da yedığı budu. Çobana bax, malın kök olsun.



XXI mətn

Paşa bəyin qızına elçi gəlir. Sultan bəy nökərə deyir ki, get ağa­ma denən niyə on üç yaşında qızını fikirrəşirsən, qırx yaşında oğ­lunu yox. Sultan bəy onda subay imiş. Nökər gedif elə helə də deyir. Paşa bəy deyir ki, get o bəyə denən ki, qız qalar sana töhmət olar, am­ma sən maa töhmət olmazsan. Ona görə gərək qızı tez yola salasan.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin