Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə109/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   105   106   107   108   109   110   111   112   ...   300
III mətn

Andranik buna xəbər verir ki, sana bu qədər qızıl verirəm, sən yol ver mən keçim Qarabağa. Sənnən mənim işim yoxdu. Bu tez atı minir gəlir qardaşı Xosrov bəyin yanına. Deyir:

– Sənnən məsləhət almağa gəlmişəm.

Xosrov bəy deyir ki, get allatginən. Qızılı al, denən mənim camahatım hiddətlənər. Topunuzu, tüfənginizi qatırlara yüklüyün, mən sizə yol verəjəm. Qoşunu yığ, arxanı da kəs, qabağı da. Orda bir casus da olur. Andraniki orda tutajaymışdar. Boz atnan çapar gedir ona xəbər verir ki, burdan qaç. Heylə olur qaçır, arxasınca gül­lə atıllar, dəymir.

Sultan bəy Qala dərəsini ala bilmir, ora kəşfiyyata adam gön­dərmək istiyir. Qoşunu yığır, deyir, oraya kim gedə bilər? Vağa­zində Kazım kişi olur, bizim Piçənisdə də Əkbər kişi. Əkbər deyir, mən gedərəm, Kazım da deyir, mən də ge­də­rəm. Camahat deyir ki, bunnar qannıdı, gedə bilməzdər. Sultan bəy buları geri çağıranda ba­şa düşüllər nə üçün onnarı çağırır. Deyillər, bizim bir düşma­nı­mız var, o da ermənidi. Bun­nar gedillər ki, Qala dərəsinin qənşərin kəsən bir ermənidi. Əkbər­nən Kazım həmən ermənini öldürəllər, onnan ora Sultan bəy Qala dərəsini alır, Şuşanın yolu açılır.

Bərdədə Qılışdı Savalan oluf. Çox gözəl, varrı kişi oluf. Ge­dir­miş Ağdaşa, bazarrığ eləməyə. Yeməkxananı bağladırmış ki, bu gün Savalan əminin hesabınadı, kim yeyir yesin. Heylə kişi oluf. Sultan bəyin bir sifarişiynən ona köməyə beş yüz altdı göndər­mişdi.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin