14. BİBİ SU, BİBİ SU Bir qardaş olur, bir bajı. Bıllar xəstələnillər. Yatırlar, bibilərinnən su istiyirlər. Bibi də gedir su tapmır. Ha eliyif su gətirincə, bınnar deyir ki, ay Allah, ya bizi quş elə, ya da canımızı al. Susuzluxdan ölürlərmiş, əzyət çəkillərmiş da. Vəzyətdəri pis imiş. Bibi ha eliyif su gətirincə, bajı-qardaş dönüf olur göyərçin – bir cüt göyərçin. Ona görə bınnar həmişə qoşa gəzillər. Oxuyanda elə oxuyullar ki, elə bilirsən deyillər bibi su, bibi su, bibi su.
15. QARANQUŞ HAQQINDA Bını mən doxsan yaşlı Mina xaladan eşitmişəm. Mina xala deyirdi ki, mənim qaynanam vardı. Onnan soruşurdux ki, niyə qaranquşa güllə atmax olmaz? O deyirdi ki, ona görə güllə atmax olmaz ki, peyğəmbərimiz yaralanan vaxtı bı quş gedif qanadını sərif onun üstünə. Ayaxları peyğəmbərin qanına batıf, ona görə ayağı qırmızıdı. Qaranquş qanatdarını açmaxla, peyğəmbərimizi gavurlardan qoruyuf. Qaranquşdar heş vaxt, heş yerdə ölmürlər. Gedillər bala çıxarıllar, balalarını böyüdənnən sora uçuf gedillər Kərbəlaya. Köhnələr ölür, təzələr qayıdıf gəlir.