Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə126/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   122   123   124   125   126   127   128   129   ...   300
III mətn

Babam ölən vaxdı bir dənə şeir yazıb, deyib bunu qoyarsız mənim qəbrimə. Axı o vaxdı deyillər insan öləndə Əzrayıl gəlir haynan-küynən, bir əlində məşəli, bir əlində çəngəli, meyidi qaldı­rıb onnan sorğu-sual eliyir. Bununla əlaqədar babam belə bir şeir yazır:

Xişmin geri al, əl saxla

Rəbbimdi o bir Allah.

Gəlib halımı sorub getsən,

Mətləbi murada yetsən,

Mənnən sual etsən

Kitabımdı Kəlamüllah.
Gəl yanıma gülə-gülə,

Rəhnə vurma sən bu dilə,

Yazıxdır, dəymə Bedilə

İslamıdı, vallahi, billah!

İndi bildim ki ölmüşəm

Haqqı Vətənim, gəlmişəm

Kömək ol, ya rəsul-allah.

Mirsədi babam da şeiri oxuyub deyib buna yasin-zad oxumaq lazım deyil. Bu kişi behiştdikdi.


IV mətn

Bir dəfə yaz nətəri gəlifsə qoyun-quzu hamısı qırılıf. Bizim evin üst tərəfi yamac idi. Babam çıxıf həyətə, baxıb görür ki, qo­yun-quzu hamısı qırılıf. Bir dənə qızdı, bir dənə buzovdu, beş-altı da quzudu. Belə baxıb deyir:

Erkəci danadan, çobanı qızdan

Xudam razı olmasın heç belə yazdan.


V mətn

Bir dəfə cöngəsi xəsdələnmişdi, qojam baxırmış ona. Qojam cöngənin ölməyini isdəmirmiş. Şorba bişirif cöngənin ağzına tökür. Babam baxıf gülməyi tutuf. Arvadına deyir:

Vurulmuşam sənin kimi zayıla,

Xəsdə deyil, şorba içə, ayıla.

Lazım budu cinazəyə qoyula,

Cinazəsində yeriyə cöngə.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin