133. KOLANI İSMAYIL
Həsənquluynan xalası oğlu olur. Qaçax Asdandan icazə alırlar ki, gedax aylə-uşağı sorağ eliyağ. Hava işıxlananda yola düşüllər, gəlif tərtərlilərin yerinə çatanda görüllər bir dənə yoluğ kişidi, papağı yox, altında arıq bir kəhər at, köhnə yəhər, amma bunun əlində bir dənə Türkiyə beşatılanı var, nəyə desən dəyər. Həmin beşatılanı Avstriyadan gətirirmişdər, tək-tük adamlarda olurdu. Xalası oğlu buna yavaşcadan xısıldıyır ki, tanımadığımız adamdı, tüfəngi bunun əlinnən alax. Söhbət eliyillər, əmi, hardansan, kimsən? Bu da hiss eliyir ki, yaşca balaca olan bunun silahını almax isdiyir. Gəlillər Narrı dərəsinə çatanda deyir ki, bajıoğlu (demə bu da bunnarı soymax isdiyirmiş), nənəniz namaz üsdündə idi. Mən gözdüyən gəldi. Ata, deyir, bir şallax vurur, bu arıx kəhər nətər getdisə, daldan ha çapırıx, çapırıx, buna çatammırıx. Qəlbi təpənin başınnan toz qalxır, onnan bilir ki, qəflə-qatır gəlir. Gəlif çıxırıx Narrı qayaya. Ədə, görürük nə? Burda əlli nəfər əli silahlı adam var. Bu tüfəngi qoyuf atın qulağının arasına fır-fır fırrıyır. Bəlkə yüklü əlli, yüz qatır, dəvə var. Əli silahlılar hamısı tökülüb yolun qırağına. Üsdün nətər aldısa, biri də sağ qalmadı. Deyir:
– Xaloğlu, durax çəkilək. Sən isdiyirdin bunu soyasan, ə?
Nəysə, gəlillər çıxıllar evə. Həsənqulu kişi gedir Kalba Məmmədin babasının yanına. Deyir, əmi. Deyir, nədi? Deyir, başıma belə bir iş gəlif. O kim olar, nətər olar? Deyif ki, o Kolanı İsmayıldı. Sən öl, səsinizdən harda olsa biləjəh sizi. Yaxşı olar ki, özüz gedəsiniz evinə.
Gəlif deyir ki, xaloğlu, səsimizdən bizi tanıyıf. Deyir, Qarabağa yox ey, lap Bakıya gedəsən, səni tapajeh. Yaxşısı budu ki, arvadnan, uşaxlarnan görüş, ayın-oyunu ver, o kişinin yanına gedək. O uje sorağ salıf, bizi harda olsa, tapajax.
Nəysə, gəlillər Ağdamdan dönüllər dərə yuxarı, örgənir ordan-burdan. Deyillər, ora siz gedəmməzsiz, bir sürü iti var, sizi itdər yeyəjəh. Heç rusun qoşunu ora girə bilmir. Amma orda xan çinarı çoxdu. Xan çinarına çıxın çağırın, səsinizi alajax.
Nəysə çıxıllar. Çağırıllar:
Ay İsmayıl əmi, ay İsmayıl əmi.
Deyir:
Ə, bajı oğlannarı, gəldız?
Xalası oğlu deyif dinmə. Deyif ki, necə dinməyim ə, kopoğlu səsimizi aldı. Deyif:
– Ay İsmayıl əmi, itdərdən bizi ötür, qonax gəlirik.
Gəlillər. Kolanı İsmayıl deyir:
– Örgənmişəm zəngəzurlusuz siz. Bu nədi böyrünə qoşmusan bunu (xalası oğlunu deyir – top.)? Bu axmağın biridi.
Deyir:
– Xaloğludu, elə böyrümdə hərriyirəm.
Deyir:
– Yox, bunnan aralaş. Sən ağıllı adamsan.
Deyif ki, mən Qaçax Asdana xəbər göndərəjəm, təmiz adamsan, qal mənim yanımda. Nə iş görürsən gör, amma ev-zad yarma. Mən sizi üzə çıxardajam. Gəncənin general-qubernatoru mənnən dosdu.
Gəncənin general-qubernatoru sora çarın adından əfv çıxardır. Heylə olur Kolanı İsmayıl əfv edilir.
Dostları ilə paylaş: |