III mətn
Baba on dörd yaşında atasını itirif. Onu on dörd yaşında yüzbaşı seçiflər. Özü də onun seçilməyində Xannıx kəndindəki Abbas yüzbaşının böyük xidməti oluf. Deyilənə görə, o vaxdı daşnan səs verirmişdər. Papağa daş atırmışdar. Daşın sayına görə yüzbaşını təyin eliyirmişdər. İki namizəd olub. Biri baba olub, biri də Fərəməz adında erməni olub. Ermənilər deyirmişlər, Baba toba, bunnan olmaz. Bizimkilər də deyirmiş, Fərəməz yaramaz. Görüllər ki, Babanın papağında az daş var. Abbas yüzbaşı bir yekə daşı aparıb salıb papağın içinə. Daş qalxıb papaxdan yuxarı. Da daşı saymıyıblar, babanı yüzbaşı seçiblər. Baba da uşağ olub da. Baba öz qardaşı Şükürü aparıb qoyub Türkiyədə. Neçə illər sora gedir gətirir. Deyirdilər ki, sora üsdünnən neçə il keçsə də, Şükürün yenə də dilində türk sözləri qalırdı.
Orda belə bir hadisə də oluf. Baba gedif qohumlarının evinə. Çıxıb görüf ki, ağacda meyvə yetişif. O meyvənin birin-ikisin qırıb yeyif. Ev yiyəsi görüf ki, meyvəni qırıflar. Evdən soruşuf ki, bu meyvəni kim qırıf? Deyiflər, biz qırmamışıx. Deyif, burda əcəm ölkəsinnən yəqin bir adam var ki, bunu qırıf. Bunun getdiyi ev bunu eşidir. Baba axşam gələndə deyillər ki, ay Baba, o meyvəni sən qırmadın ki? Deyir, meyvə idi da, qırdım yedim. Deyillər, evin tikilsin, əli kəsəcəklər ey sənin. Sən icazəsiz bunun meyvəsini qırmısan. Gecəynən tərpən burdan. Səhər sənin əli oğru kimi kəsəcəklər. Baba özü deyirdi ki, gecəynən atı mindim, Şükürü aldım tərkimə, qaşdım gəldim.
IV mətn
Baba hədinnən artıq mahir atıcı oluf. Xocaxan bəyləri deyillər, olar varlı adamlar oluf. Bu bəyin bir qardaşı olur, atıcılığ edir. Qardaşı deyir ki, kəkliyi belə vurdum, filan quşu belə vurdum. Bəy deyir:
– Ə, sən nə atansan? Sən Babanın atıcılığını görsən, əlinə tüfənk almazsan.
Baba da deyilənə görə, abbasını atırmış göyə, göydə tapancaynan onu vururmuş. Bir gün bu bəy Babanı qonax çağırır. Baba deyir, sən canı, Baba olduğumu qardaşa demə. Baba gəlir, qonaxlıx-zad. Bəyin qardaşı deyir, çıxax ova. O vaxdı da kəklik-zad çoxuymuş. Naqannan da atmax çətin idi da. Baba naqannan elə atəşdər açır ki. Oğlan deyir ki, qardaşım Babanı tərifləyir, sən belə atanda gör Baba nətər atır. Bəy sora üsdünü açır ki, Baba o özüydü, gördün necə atəş açır?
V mətn
Baba məşhur qaçaxlardan oluf, bala. Nənəm mənə deyərdi ki, Qaçax Baba pisdiyə qarşı çıxırmış. Bizim rayonnandı – Qubatdıdan. Düzdü, onun adı Qaçax Nəbi kimi yayılmıyıf, amma çox mərd, iyid, qorxmaz oluf. O, gavurrara, yəni ermənilərə qarşı həmişə mübarizə aparıf.
Bıların hamısı Sovet hakimiyyətinnən qabax oluf. Özü də ermənilərin sırf düşməni oluf. Bala, Qaçax Baba uşax olanda ermənilər onun gözü qarşısında tayfalarınnan çox adam qırıflar. Babanın da uşaxlıxdan onnara qarşı nifrəti artır. And içir ki, böyüyəndə onnardan intiqam alacam. Beləlihnən, Baba bütün varrığıynan ermənilərə qənim kəsilmişdi. Onun adı gələndə ermənilər bilmirlərmiş nə eləsinnər. Qaçax Babanın nəinki bizim rayon, qonşu rayonnar da, nə bilim Qarabağ da tanıyırmış. Hansı evə gedif, onu saxlıyıflar.
Qaçax Babanın hökümətə qarşı çıxdığını bilmirəm. Bəlkə də oluf, deyə bilmərəm. Onu bilirəm ki, Baba çox qeyrətdi oluf. Onu da deyim ki, Babanı öldürmüyüflər. Daha doğrusu, öldürə bilmiyiflər. O, öz əjəli ilə ölüf. Baba sora yurd salır Ermənistannan Qubatdının sərhədində. Sovet hakimiyyəti qurulanda dörd il Babadan xəbər olmuyuf. Elə biliflər ki, onu öldürüflər. Deyirmişlər ki, hökümət gəldi. Hökümət də xaçpərəst idi dayna. Ehtiyat eliyirmiş ki, onu tutarlar birdən. Çünki, ermənilərə qənim kəsilmişdi axı. Hamı elə bilif ki, ta Qaçax Baba ölüf. Dörd ildən sonra, üzə çıxır. Bir günnəri Babanın bayısı Zahra çıxıfmış yalın başına, ağlıyırmış:
Ağaşda barım qaldı,
Dərmədim, narım qaldı.
Qardaş, sən getdin, öz canın apardın,
Bir ağlar bajın qaldı.
Deyif, həmişə ağlıyarmış. Bir günnəri də alaçıxda oturmuşmuşlar. Görüllər hənirti gəlir. Baxıllar ki, Babadı. Ta elə o vaxtdan da üzə çıxır. Qaçaxlığın daşını atır.
Dostları ilə paylaş: |