Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə148/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   144   145   146   147   148   149   150   151   ...   300
136. ERKƏK TAVAT
I mətn

Tavat arvadnan çox söhbət eləmişəm. Onun Kəlbalayı Məm­məd addı bir atası oluf. Aşağı Fərəcanda böyük evləri vardı. İki mərtəbəli, altı böyük otağ idi. Otağın hər bir iyirmi səkgiz-otuz kvadrat idi. Sovet dövründə onu məktəb elədilər. Kommunistdər onu evdən çıxartdılar. Camahatın köməyi ilə məktəbin böyründə on beş kvadrat metrlik balaca padval kimi ev tikildi, orda olurdu. Deyirdim, Tavat, evi niyə məktəbin yanında tikmisən? Deyirdi, bu evi atam, qardaşdarım tikif, hər səhər çıxıf ona baxıram.

Onun da iki qardaşı vardı: birinin adı Həsən, birinin adı Həsən­alı idi. Xalq Cümhuriyyəti qurulanda Həsəni bölgənin milis rəisi qoymuşdular, biri də müvəkgil idi. Bunnar da erməni varrıla­rı­nı çox incidirdilər. Deyirdilər, varınızdan yoxsullara da verin, onnar da əksin, biçsin. Erməni varrılarının da bulara gücü çatmırdı.

Günnərin bir günü bular Arpagədiyi kəndinə gedillər. İclas çağırıllar ki, torpağı verin, camahata zülüm eləmiyin, istismar elə­mi­yin. Gecə düşür, bular qalası olur burda. Ora da dağ yeridi, qar olur. Odun peçi qalıyıllar. Gejə ermənilər peçin turbasını tuturlar, tüs­dü dolur evə. Tüsdü evə dolanda bular qapı-pəncərəni açıllar ki, tüsdü çıxsın evdən. Gecə bir qoja erməni qadınını salıllar içəri ki, onsuz da ölürsən, öldürəllər öldürəllər da. Gör buların tüfən­gin, pat­rondaşların çıxarda bilərsənmi? Bu arvad da girir bunnarı çıxar­dır. Çıxardannan sora hər tərəfdən ermənilər yığışıllar, silahlı, tü­fəngli dolullar içəri. Bular yuxudan ayılıllar, əl atıllar tüfənk yoxdu. Bir-ikisin vurullar, amma o qədər adama nə edə biləllər. Tutullar, buları çox əzyətnən öldürüllər. Xəncərnən doğ­ru­yullar, bellərində simavar qaynadıf kəndi gəzdirillər. Böyük müsibətnən öldürüllər.

Buların da Tavat addı bir bacısı vardı. Qubatdı rayonunun Muradxannı kəndində bazar vardı, o zonanın adamları bazara o kəndə gedirdilər. Ermənilər də meşəynən həmin bazara gələndə Tavat oları qırır. And içillər ki, on beş-iyirmi ermənini öldürür, amma qardaşını öldürən ermənini tapmıyıf.

Nəhayət, vaxt keçif. Buna deyiflər ki, filan vaxdı həmin adam gedəjəh ora. Bu da müəyyən adamlar yığıf başına, gedif ora. Bunu tutuflar, xəncərnən başını kəsif, qanınnan da iki ovuş içifdi. Elə deyirdi ki, o qan döşümü xarab eliyif. Onnan bəri öskürürəm.


II mətn

Kalbalayı Məmməd kişi vardı, bu bilirmiş erməni nədir, am­ma cavannar bilmir da nədi. Kişi gedir Şuşaya. Erməni siyasətnən bunun oğlannarın – Həsənnən, Həsənalını toya təklif eliyir. Bunnar durur gedir tüfəyli-zaddı. Bunnar toyda iştirak eliyir. Erməni qurğu qurur. Harsınnarı örgədir ki, filan evdə bunnara yer sal. Yeri salır. Harsınnarı örgədir ki, siz arvadsınız, gedin bunnar yatannan sora silahların çıxardın çölə. Çıxardıllar si­lah­ların çölə. Bunnarı durğu­zuf qaynar sımavarı şəlliyillər dalla­rına. Kəntdə gəzdirillər, sora öldürüllər.

Kişi Şuşadan gəlir evə. Aşağı Fərəcanda olan işdi bu. Yolda­şınnan soruşur ki, ay arvad, uşaxlar hanı? Deyir, qonşu kəntdə erməni toy eliyəjeydi, ora gediflər. Deyir, ay köpək qızı, qırdırdın uşaxları. Niyə buraxmısan onnarı? Durur burdan atı minir, gedir həmən kəndə – Arpa gədiyinə. Kimə deyir boyun olmur ki burda oluflar. Bu yolnan belə ayna-bayna getdiyi yerdə bir harsın gəlir dalında sənəy. Başın salır aşağı, deyir:

– Ay Kalbalayı Məmməd kirvə, özu niyə şəhid eləmisən? Get meyidi filankəsdən isdə.

Erməninin adın deyir. Bu kişi gedir meyidi alır gətirir. Həmən kişinin iki qızı varıdı. Birinin adı Tavat idi, Erkək Tavat deyirdilər. Bu hadisədən sora bizim azərbaycannılar getdi yeddi ermənini dəyirmanda qırdılar. Bu Tavat da getdi erməninin qanınnan işdi ki, bu qan qoy mənnən qəbrə getsin ki, qardaşımın qanını bunnardan almışam. Elə heylə də oldu. Neçə dəfə ağrıyıf eliyif. Deyiflər, sənin qanında qarışıx qan var, onu təmizdəmək lazımdı. Deyif, yox, o qan mənnən gedəjəh qəbrə. Qoymadı qanını yuyalar. Dizinə qədər sapox geyirdi, at minirdi, həmişə üstündə tapanca gəzdirirdi. Bir atı vardı yernən-göynən əlləşirdi. Yerdən sıçrıyıf minirdi ata.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin