25. ALƏMƏ OD DÜŞƏR
Qurban olduğumnan Cəbrayıl yolnan gedirmiş. Xeyləh gedənnən sora görüflər, iki taya var. Tayalardan birinin çəpəri tafdanıf, həm də bir bağ ot götürülüf. O birisi taya bütöydü, çəpəri dağılmıyıf, otu da götürülmüyüf. Cəbrayıl deyir ki, tafdanmış çəpərdən bir bağ ot gətir, verək ata. Qurban olduğum da deyir ki, ay Cənabi Cəbrayıl, o yazığın çəpəri dağılıf, bir bağ otu götürülüf. Elə bütöydən götürərdih dana, bərabər olardı. Cəbrayıl deyir ki, qurban olduğum, bının onsuz da çəpəri də tafdanıf, bağı da gedif, dərdi görüf dözür. O bütöydən götürsəh, bu taya da od tutuf yanar, aləmə də od düşər. O, dərdə dözə bilməz. Ona görə də mən bını belə elədim.
26. ODLA PAMBIQ
Məhəmməd peyğəmbər gedir bir məclisə. Məclisdə deyillər ki, gəl otu da. Deyir ki, yox, oturmuram, tələsirəm. Deyillər ki, otu da, nəyə tələsirsən? Deyir, yox, oturmuram, tələsirəm. Odnan pambığı qoymuşam bir yerdə, gəlmişəm. Deyillər ki, od kimdi, pambıx kimdi? Deyir, od qızımdı, pambıx da oğlumdu.
Qızım, yanı deməh isdiyir ki, oğlannan qızı bir yerdə qoymax səhvdir.
Dostları ilə paylaş: |