HƏMZATLI QADIN
Bala, həmzat yaxşı şey dəyil. İndi mən yetmişi haxlamışam, lap cavannığımdan ağbirçəhlərdən eşitmişəm ki, həmzatın qabağını almasan, yanı vaxtında həmzatı kəsdirməsən, axırı ölümnən qutarır. Eşit, mən deyim. Yanı həmzat nə təər olur.
Həmişə deyirdilər, həmzatdı adamnan qorunun. Məsələn, bir adam tutax ki, özünü yaxşı hiss eləmir, yaxud xəstələnif, yaxud da hər hansı bir çətinniyə düşüf, çox ağırrıxlar içərisində olur. Bax, həmən adam gedif özünə dua yazdırır. Bala, bax, bu cür adam, yanı dualı adam təzə uşağı olmuş qadının üstünə gəlir, həmən o zahı qadın təzə anadan olmuş uşağıynan birlikdə həmzata düşür, həmzatdı olur. Hamı həmzata düşmür ki, ancax zahı qadınnar, bir də uşağı.
Həmən dualı adam zahı qadının üstünə çıxmaxla özünün bütün ağırrığını zahının üstünə tökür, zahıdan da uşağına keçir. Həmin dualı adam olur sapsağlam. Özü də bala, həmzatın üş gün vaxtı var. Həmin adam ağırrığını tökəndə uşağı büzmə tutur, yanı uşağın ağzı büzülür, köpük basır, üç gün-üç gejə ağlıyır, sora ölür.
Əgər qadının həmzatdı olduğunu bilməsələr, nə qədər uşağı anadan olursa olsun, hamısı uşax vaxtı üç gün müddətində ölməlidir. Ona görə də həmzatdı qadını uşağı olmamışdan qabax aparıf uşax boyu deyirlər, onu kəsirlər boş bədənə. Onnan sora uşax qalır. Yanı uşax boyuna dua yazırdılar. Buna boylama duası deyirdilər. Həftədə bir dəfə uşax boyuna dua yazırdılar. Özü də, bir ay, qırx gün ərzində olurdu. Bax, bu yolnan həmən qadının həmzatını kəsirdilər. Bala, həmzat həkimlik deyildi ki, onu ancax seyiddər, mollalar kəsirdi.
Bax, mənim qardaşımın arvadı həmzatdıydı. Dalbadal dörd uşağı bu cür ölmüşdü üç günün içində. Bala, mənim bir bibim qızı oluf, mən uşax olmuşam. Anam deyərdi ki, mənim həmin bibim qızının həmzatı olmuşmuş. Ta gəlinə uşağı qalmadığına görə hər şey deyirmişdər. Bir günnəri buna kimsə deyif ki, bəs it küçühləmişmiş, get itin üstünə. Bu gəlin də dedikləri kimi eliyif, gedif itin üstünə. İtin neçə balası varıymışsa hamısı ölüf. Gəlinin həmzatı itə keçif da. Sora uşaxları qalıf.
Bir şeyi də deyim ki, qızım, kəntdə bilirdilər ki, məsələn filankəs həmzatdıdı. Əgər zahı qadın varıydısa, onu dörd tərəfdən həmin həmzatdı adamlardan qoruyurdular. Bala, həmzata uşağ anadan olur ha, bax, birinci on günnüyündə düşürlər. Ona görə də bu on gün çox qorxulu gündü. Həmzat o qədər pis şeydi ki, bala, vaxtında aparanda kar eliyirdi, aparmıyanda isə kar eləmirdi. Yəni kar eliyəndə uşağı olurdu ölmürdü, kar eləmiyəndə isə uşağı oluf ölürdü.
Dostları ilə paylaş: |