Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə197/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   193   194   195   196   197   198   199   200   ...   300
15. QƏBR ƏZABI
Bir dənə kişi varıymış. Adi bir adam imiş. Bı çox maraxlanır ki, görəsən cənnətə necə olur gedif düşüllər, cəhənnəmə nətər gedif düşüllər? Yəni elədihlərinin əvəzini o dünyada necə verirsən? Ma­raxlanır bınnan. Allahın yanına gedən elçinin yanına gedir. De­yir ki, bəs Allahın yanına gedəndə sən onnan soruş ki, bu dünyada elə­dihlərinin əvəzini o dünyada necə verirsən? Bu kişi də deyir, yaxşı. Elçi gedir. Allah-taalaya deyir ki, sənin bir bəndən maa belə bir sual verir. Allah-taala deyir ki, o bəndəni göndər filan yolay­rıcında bir dənə qapı var. Üş dənə qəbir var orda. Qəbirrərin birinin bir qapısı var. Ordan girsin içəri. Özü biləcəh, özü görəcəh hər şeyi. Bı da gəlir deyir bu kişiyə.

Kişi gedir. Görür ki, həqiqətən də orda üş dənə qəbir var. Qə­birrərdən birinin qapısı var da. Bını açıf girir qəbrin içinə. Girir qəb­rin içinə, görür bir dənə arvad yatıf qəbirdə. Arvadın ətrafındakılar ha­mısı su içir, suynan əl-üzlərin yuyuf kef eliyillər. Bu arvadın dili ağzında yanır susuzdan. Bu arvada bir damcı su verən yoxdu da. Ar­vad zarıya-zarıya qalır, dodaxları partdıyır susuzluxdan. Kişi bunu görür. Gedir indi də o biri qəbrə. Görür ki, o biri qəbirdə bir dənə cavan qız yatıf. İnkir-minkirlər gəlillər qızın dilini çıxarıllar çölə, dili­ni qoparıllar, doğruyullar, dırnaxlarını, ətini qopardıllar. Qıza çox əzaf verillər. Kişi bırdan çıxıf girir o biri qəbrə. Girir o biri qəbrə, gö­rür ki, orda bir oğlannan bir qız yatıf, əl-ələ tutuflar. O xəttər xoş­baxt simaları var ki buların. Heç ölüyə oxşamıllar da bular. Həə, bu­ların üsdünə ətir töküllər, gözəl gül ləçəhləri səpillər üsdərinə. Bu ki­şi qə­birrərdən çıxır, gəlir həmən adamın yanına. Deyir ki, getdim, gəz­dim, ama heş nə annıya bilmədim ki, bilmədim. Deyir ki, birinci qəbirə girif nə gördün? Onu sən maa de, mən də saa izah eliyim. Deyir, bi­rinci qəbrə girəndə bir qadın gördüm, ona su vermir­dilər. Deyir ki, o qadın öz əməlinin cəzasını çəkir. O qadının həyə­tində vax­tıynan su oluf. Heç bir qonşuya bir içim su vermiyif. Qonşular su­dan əzaf çə­kiflər. Bı da sudan kef eliyif. Bı qadın indi elədiyi gü­nahların əzabını çəkir. Deyir, ikinci qəbrdə nə gördün bəs? Deyir, ikinci qəbrdə də gördüm bir qızın dilini çıxardıllar. Əzaf verillər, qızın dilini qopar­dıl­lar. Belə eliyillər, elə eliyillər. Deyir, həə. İndi bını yadında saxla. Üçün­cü qəbrdə nə gördün? Deyir, üçüncü qəbrdə gördüm ki, qıznan oğlan əl-ələ tutuf yatıflar. Xoşbaxtdılar, üsdlərinə gül töküllər. Həmən kişiyə, yanı qəbrə gedənə izah eliyir ki, o üçün­cü qəbirdə yatannar bi­ri-birrərini sevən, özü də həddən artıx sevən gənc olullar. Bunnar bir-birrərini seviflər. O ikinci qəbrdə yatan qız bu sevgililəri bir-birinnən ayırıf, oğlanın yazdığı məktufları aparıf vermiyif. Onun əvəzinə ayrı, əks məktuflar yazıf verirmiş. Qızın yaz­dıxlarını da elə eliyif ki, bun­narı bir-birinnən ayırıf. İndi o dün­yada bı iki gənc qovu­şuflar bir-birrərinə, xoşbaxt yaşıyıllar. O qız da dilinin bəlasını, cəzasını çəkir. Onun dilini ona göra dartıllar, qopardıllar. Ona göra da hər kəs bu dünyada elədiyi əməllərin əcirin o dünyada çəkəcək.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   193   194   195   196   197   198   199   200   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin