Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə198/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   194   195   196   197   198   199   200   201   ...   300
16. İLAN UDAN KIŞI
Bir kişi varıymış, gedirmiş haca. O vaxtı da axı haca piyada gedirmişdər. Özü də özünə ruzi yığıf gedirmiş. Gedif yolda görür ki, yoldaşdarının ruzusu çoxdu, ama bında azdı. Bı kişi çox fikir­rəşir ki, ay allah, mənim ruzum azdı da, indi hamı yeyəcəh, mənim ruzum qalmıyacax, çatmıyacax. Kişi fikir eləməhdən yorulur, otu­rur dincəlməyə. Yoldaşdarınnan ayrı düşür bı. Bir vaxt ayılır ki, yatmışmış da. Həə, ayılır ki, bir sürü ilan gəlir. Qabaxdakı ilan o birilərinnən çox sürətnən gəlir. Bı ilan bütün qanın içindədi. Kişi durur ayağa ilana deyir ki, hara gedirsən belə, niyə qanın içindəsən? İlan deyir ki, məni bəs öldürmək isdiyillər. Məni bəs bir yerdə gizdə da. Kişi fikirrəşir ki, mən bını harda gizdəsəm, tapajaxlar da. Kişi ağzını açıf ilana deyir ki, gəl gir ağzıma. İlan gəlif girir bının ağzına. Birdən arxadan ilanı axtaran ilan sürüsü gəlir. Kişidən soruşullar ki, sən belə bir ilan görmədin yaralı bir ilan? Kişi deyir ki, yox, görmədim. Kişinin də üsdü ilanın qanına bulaşmışmış. De­yillər ki, bəs bu nə qandı üsdündə? Kişi deyir ki, istidi də, burnum­dan qan açılmışdı, tökülüf üsdümə.

Nəysə, bu ilan sürüsü sürünüf gedir. Kişi ilanı xilas eliyir. Ki­şi ilana deyir ki, çıx da, ta səni xilas elədim, çıx qarnımnan. İlan deyir ki, yox, sən öz vəzifaa yerinə yetirdin məni xilas elədin. Mən də ilanam da, ilannığımı yerinə yetirməliyəm, səni çalmalıyam. Səni çalmamış çıxmaram da burdan. Kişi deyir ki, bəs sən nə da­nışırsan? Mən səni xilas eləmişəm, ölümnən qutarmışam, indi sən maa pisdih eliyif çalassan? İlan deyir ki, o sənin vəzifəndi, bu da mənim vəzifəmdi. Çalmalıyam səni. Allah-taaladan, göydən bir kişi düşür bu kişinin qabağına. Kişiyə su verir. Kişi sudan bir qurtum içir. Yumruxnan vırır bunın qarnına. Vıranda ilan gəlif bının ağzınnan düşür. İlan çıxıf gedir. O kişi gələn adamnan soruşur ki, sən niyə məni xilas elədin? Deyir ki, sənin azuqən azdı. Sən gedif haca çıxa bilmiyəcəhsən. Qayıt geri. Kişi deyir ki, nətəər? Mənim əhdimdi, niyyətimdi haca gedim. Hamı getməlidi da. Mən də get­mək isdiyirəm axı. Qeybdən gələn kişi deyir ki, artıx sən haca get­din qayıtdında da. İlanı ki, xilas elədin, onu uddun, onun xilaskarı oldun. Sən artıx haca getmisən.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   194   195   196   197   198   199   200   201   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin