Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə216/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   212   213   214   215   216   217   218   219   ...   300
8. BƏHLUL ULAĞI AĞACA DIRMAŞDIRIR
Arvatdar oturuf quağ ağacının divində. Bəhlul Danəndə bir dayçaynan özün çatdırıf arvatdar oturan yerə. Başdıyır dayçanı döy­məyə ki (dayça döyül ey, qarğunu at qayırıf), çıxmalısan ağaca. Arvatdar deyir, ay Bəhlul, axı o heyvandı, ağaca çıxan döylü. De­yir, yox, nənəsi çıxıf, balası da çıxajax. Kadınnara sübut eliyir ki, sən özün nəsənsə, sənin qarnından çıxan da odu.
9. DÜNYANIN ORTASI HARADIR?
Bəhlulu Danandanın bir kasıb qonşusu olur. Ancax əl ulağıy­nan odun gətirif satır dolanır. Bu qonşusunun əhvalına yanır, çağırır yanına. Deyir ki, bu eşşəyi saxla. Vaxd olajax bunu çox baha qiy­mətə satajaxsan, amma mənsiz satma. Bu anda Bəhlulun qardaşı xəlifəyə bir elçi gəlir, məktuf gətirir. Deyir ki, sizə iki sual var. Bir ulduzdarın sayın deyin, bir də dünyanın mərkəzin. Biz onnan sora dostlux müqaviləsin imzalıyax. Əgər bilməsəz, müharibə eliyəjəh­siz, torpaxdan pay verəjəhsiz. Xəlifə naçar qalır. Çox onnan-bun­nan sor­ğu eliyir, Bəhlulu Danandanı çağırır. Deyir, qardaş, belə bir mü­hüm məsələ var. Deyir ki, burda nə var ki. Qonşusun eşşəyin nişanın deyir. Deyir ki, bunu tapın gətirin, cavab verim. Gedillər harda bir boz eşşək varsa, bunu tutuf gətirillər. Bəhlul Dananda baxıf deyir ki, yox, bu olmaz. Qonşusuna da gəlif deyir ki, mənim qardaşım sənin eşşəyini alajax, sən çalış onu çəkisi qədər qızıla ver. Gəlir, bu eşşəyi tapıllar. İndi eşşək yiyəsinnən bu eşşəyi isdiyillər. Deyir, qardaş, bu mənim dolanışığımdı. Mən odun satıram, qarati­kan gətirif satıram. Bu eşşəyi mənnən alsaz, çəkisi qədər qızıl verəs­siz. Bunu gətirillər. Bəhlulu Dananda baxanda deyir, hə, bu eşşək lazımdı. Deyir, bunun yiyəsi çox baha deyir. Deyir, o mənnik deyil. Onun bəlkə dolanışığı onnandı. Naçar qalıf alıllar. Alannan sora deyir, elçilərə deyin gəlsin. Gələndə deyir ki, ay qardaş, bu elçiləri götürün gedin. Gedin eşşəyin tükün sayın. Onun tükünün sayı qədər göydə ulduz var, belindəki qara da dünyanın ortasıdı. Eşşəyi götürüf gedir.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin