Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə222/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   218   219   220   221   222   223   224   225   ...   300
16. KAMALLININ SİFARİŞİ
Bizim kəntdə Möhüb kişi varıdı. Laçınnan gəlir Kamallıda qalır bir gejə. Səhər duranda kamallının biri gəlir bunun barmağını sapnan bağlıyır, deyir kəntdə filankəsə filan tapşırığı de. O birsi gəlir o biri barmağına bir sap bağlıyır ki, filankəsə mənim sözümü çatdır. Heylə on barmağının onun da bağlıyıllar. Bu da kəndə qayıdanda qapı-qapı düşür, deyir, bəs filankəs belə dedi. Deyillər, əşi, kamallının kələyidi ey, səni doluyuflar.
17. KAMALLI KƏLƏYİ
Kamallıların heç vaxd sirrin bilməzsən. Bir kamallı uzun kən­diri götürür, hardasa iki yüz metr uzunnuxda. Dört-beş presə bağ­lıyır, kəndirin də bir ucun bağlıyır ata. Atdı gedir onnan iki yüz metr arxadan kiplər gəlir. Kimin ağlına gələr.

Onnan əlavə, birinin yeri xamdı, kamallı isdiyir burda qoyu­nunu otara. Qoyunu boşduyullar xama. Biri yıxılır yerə ki, sancı­lan­mışam. Yığışıllar başına-gözünə döyüllər. Qoruxçu gəlir haya. Ayə, su gətir amanın günüdü, bu ölür, əlimizdən gedir. Bunun çə­nəsinə ağac salan kim, barmax salan. Nədi, nədi ki, qoruxçunun başı qarış­sın, heyvan qarnın doyursun.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin