Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə238/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   234   235   236   237   238   239   240   241   ...   300
38. XƏBƏRİ NECƏ ÇATDIRMALI
Şah dedi ki, kim anamın ölümünü mana desə, onu edam eli­yəjəm. Bir gün anası dünyasını dəyişəndə çobanı göndərillər. Ço­ban ölsə nədi, qalsa nədi. Çoban getdi ki, şah baba, gərdanın olum, can quşu uşdu neynamax?

Dedi:


– Çoban, anam öldü?

Çoban dedi:

– Sən dedin.

Dedi:


– Çoban, tez yumax, tez dəfn-kəfn elamax, tez götürmax.

Bilirsən çoban olmaxnan döylü ki, çobanın zəkası olur, təmiz havada gəzir. Çox şeyi çobannan, nökərnən yaradıflar.


39. ARVADDAN QORXAN KIŞI
Bir kişi olur. Arvadı həmişə onnan narazı olur. Kişi nə qədər çalışır, işdiyir ki, arvadı bından razı qalsın, amma arvad razı qalmır ki, qalmır. Kişi axırı qərara gəlir ki, ta papağımı götürüm evdən çı­xım. Gedir başqa bir ölküyə. Bu ölküyə gedən vaxtı həmin ölkənin padşahı ölür. Belə bir adət varmış, quş uçurdurmuşdar, kimin çiyi­ninə qonsa, padşah o olmalıdı. Bir dəfə uçurdullar, quş gəlir qonur bı kişinin üstünə. Görüllər ki, bu fağır adamdı. Deyir ki, mən heç bir arvadnan bacara bilmirəm, ölkəni idarə eliyə bilmərəm. İkinci dəfə uçurullar, genə qonur onun çiyninə. Üçüncüdə də uçurullar, genə gəlir qonur çiyninə. Deyillər ki, yox, elə bu olma­lıdı. Quş elə onun çiyninə qonur. Kişi gedir oturur taxtda. Gejə deyir ki, görəh sabah dööləti idarə eliyə bilərəm. Bəs nə təhər olur ki, bir arvadnan bacara bilmirəm? Bütün kişiləri sabah yığır meydana ki, görəh arvatdan qorxan təhcə mənəm, yoxsa başqaları da var. Deyir ki, kim arvatdan qorxur bir sıra irəli dursun. Bütün kişilər hamısı irəli çıxır, amma biri qalır yerində, irəli çıxmır. Deyir ki, elə mənim ada­mım bıdı. Onu yanına çağırır, deyir ki, sən niyə irəli çıxmadın? Bı­nın sirrini maa denən, sən neyniyirsən ki, arvatdan qorxmursan? Hə­mən kişi deyir ki, padşah sağ olsun, mən arvatdan icazə alma­mı­şam ki, addım atım qabağa, ya da atmıyım.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin