Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə241/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   237   238   239   240   241   242   243   244   ...   300
43. HAZIRCAVAB LAÇINLI
Şuşalılarnan biz bir-birimizə lətifə qoşmuşuğ, atmaca atmışıx. Həmişə şuşalılar bizə gəlirdilər, biz də arana gedəndə Şuşanın içinnən keçif gedirdih. Məktəb vaxdı oluf, atam gedif ki, Şuşadan uşaxlara ayın-oyun ala, onda bu hadisənin şahidi olufdu. O deyir ki, bir itin dalında üç-dört küçüyü varmış. Bir şuşalı Laçın çobannarına deyir ki, dayı, bu balaları hara aparırsan? Deyir ki, görmürsən ağ­laşıllar. Deyillər, gedək dayımgili görək gələk.
44. QARININ ARZUSU
Aşıq Möhubbətin öz dilinnən eşitmişəm. Deyirdi, kəndimizdə bir nəfər qoja arvad olur. El köçür yaylağa. O vaxdı da dağa maşın yolu yox, bir şey yox. Hamı atnan, öküznən köçürdü. Atı alıxlıyıb hazırrıyıllar. Daa arvad atın üsdə durası deyil. Arvadı qoyullar xur­cunun bir tayına, təzə doğmuş balağı da qoyullar bir tayına, aşırıllar atın üsdünə. Bu arvad xurcunda balağın başını sığallıyır. Deyir:

– Ay balax, gün o gün olsun ki, sənin balannan da gedim dağa.

Gör yaşamax nə qədər şirin şeydi ey. Ayağa dura bilmir, amma bunun balasını arzulayır.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   237   238   239   240   241   242   243   244   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin