Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə242/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   238   239   240   241   242   243   244   245   ...   300
45. ÖZÜMƏ YER ELƏMƏLİYDİM DA
Atlıxan adında bir kişi olur. Televizorun da təzə çıxan vaxtıy­mış da. Bunun da bir televizoru varıymış. Hamı gəlif bunnarda te­levizora baxırmış. Özü də hər axşam gələrmişdər. Atlıxana da yer olmurmuş otura. Bir günnəri işdən gəlir evə ki, doludu da adam­nan, televizora baxıllar. Kişi yer tapmır ki, otura. Heş kəs ona öz evində yer də vermiyif ki, əyləşsin. Çıxır çölə, qayıdıf deyir ki, ay bala, Museyibin tayası yanır. Hamı tökülüf çölə, haya gedir. Atlıxan səssizcə keçif oturur. Hamı qayıdıf gəlir. Deyillər ki, ay Atlıxan, Museyibin heyvanı-zadı yoxdu axı tayası da ola. Atlıxan deyir ki, bala, mən özümə yer eləməliydim da oturmağa. Bəs sizin huşunuz kəsmir ki, Museyibin tayası yoxdu. Atlıxanın “özümə yer eləməliy­dim” sözü o vaxtdan kənd camahatı arasında məsələ çevrilmişdi.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   238   239   240   241   242   243   244   245   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin