46. ƏMİM OĞLU YEYƏ Bir kişinin keçisi itir. Gəlif bir qadın soruşur ki, keçini tapmısan? Kişi deyir ki, hə, şükür tapıldı. Deyir ki, hardeydı? Kişi deyir ki, bəs filankəs yedi. Deyillər ki, filankəs yedisə, bəs şükrün bura nə dəxli, şükür eliyirsən Allaha. Kişi deyir ki, a zalımın qızı zalım, bir var çakqal yeyə, bir də var ki, əmim oğlu yeyə. Hansı yaxşıdı?
47. DEMİRSƏN “OLSA” Bir kişi olur. O qədər təmiz adamıymış. Bu kişi bir günnəri xəstələnir. Ajdıx dövrü olur. Həkimə gedir. Həkim bunu yoxluyuf görür ki, bu çox zəyifliyif, zəyiflihdən ağrıyır. Deyir ki, a kişi, səhər-səhər get bal ye, iki yumurta ye. Həkim nə qədər sual verirsə, elə kişi duruf həkimin üzünə baxır. Həkim deyir ki, nə baxırsan a kişi, cavab ver da. Saa söz deyirəm axı. Kişi dillənif deyir ki, deyirsən ey deməyinə. Heş demirsən olsa.