Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə244/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   240   241   242   243   244   245   246   247   ...   300
48. KİRİŞ VƏ SÜPÜRGƏ ƏHVALATI
Bir kişi varıymış. Həmişə yaz gələndə kiriş yığıf aparıf satar­mış, bunnan dolanırmış da. Kiriş də yabanı çıxırdı axı. Bazara apa­randa bir kişi kiriş satana deyir ki, bunun – kirişin toxumunnan gə­tirərsən, mən də əkərəm. Deyir ki, bının toxumu bahadı. Ama bının toxumu yoxdu axı. Var ey, özü bitəndi. Kişi deyir ki, neçə­yə­di? De­yir, on manat. O vaxtı da on manat çox çıxırmış. On manatdı, o da tapıla, tapılmıya. Kişidən on manatı alır. İsdiyir ki, nööbəti kirişi apa­rıf satsın. Birdən yadına düşür ki, bu axı kişidən pul alıf. Qara süpürgə toxumunu daşa çırpır. Yığır səliqəli bükür, aparıf həmin söz verdiyi adama verir. Deyir ki, toxum budu. Kişi aparıf toxumu əkir. Bitənnən sora gəlif deyir ki, sən məni allatmısan. Bəs kiriş dönüf oluf süpürgə. Deyif, ola bilməz. Kişi hey fikirrəşir ki, nətər yaxasını qutarsın. Deyir, ə, suyunu çox vermisən, kiriş dönüf süpürgəyə.

Söz altınnan ustufca çıxan kişilər varıymış, bala.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin