XII mətn
Bir gün yolnan gedirmiş. Baxır görür kü, yolun altı, üsdü doludu nərgiznən. Bir az aşağı gəlir, görür kü, bənööşə də var, nərgiz də var. Bir az da kəndə yaxınnaşır, görür cavan oğlannan bir qız söhbətdəşillər. Axı kadınnar o vaxdı başdarına çarşab örtürmüş. Bu qız da aşığı görəndə çarşabı çıxarır keçirir oğlanın üsdünə, ikisi də qalır çarşabın altında. Aşıx deyir ki,
Mən aşıx, nəgizdər,
Bənööşələr, nərgizdər.
Bəsdənmiş bir maya gördüm
Qucağında nər gizdər.
XIII mətn
Cijim ojağı çox böyük ojaxdı. Ora maral gəlirmiş, sağılannan sora arvad əlin arxasına vururmuş, maralım get, gedirmiş. Orda bir əsaba varmış, çolağmış. Bunun bir qatırı vardı. Qatır, yat deyəndə yatırmış, qatır, dur deyəndə dururmuş. Bir gün hara gedirmişsə, Şah dərəsinin yoxuşunnan yenəndə günorta namazının vaxdı idi. Ordan da balaca su axırdı. Suya sarı qatırı döndərir. Qatır, yat deyir, qatır yatmır. Qatır, yat deyir, qatır yatmır. Gəlir görür ki, beş yüz metr onnan aralı aşıx söykənif bir daşa, can verir. Qatır yatır onun böyründə. Düşür onun namazın qılır. Kəndə xəbər verir, camahat aşığı gətirir kəndə, kümbəzin yanında vəsiyyətinə uyğun olarax onu tərsinə Yaxşını da oandına39 basdırıllar.
Dostları ilə paylaş: |