XIV mətn
Bizdə bir Muradxannı kəndi var, balaca bir kənd idi. Hər üç evdən birində şikəst adam vardı. Orda ağsakqal bir kişi vardı, o deyirdi ki, bala, bu kəndə aşıx qarğış eliyif. Yaxşının da mənim kimi dəli-dolu qardaşı varmış. Bu da ərli qadın, aşıx buna mahnı qoşur, şeir qoşur. Muradxannıdan olannar Yaxşının qardaşına deyirmişdər ki, ə, nətər qardaşsan ki, Aşıx bajına mahnı qoşur. Bu da Aşığı tutuf döyürmüş. Yaman adını ona Aşıx qoyuf, əsl adı Yaman deyil. Axırı bir gün deyif, mənim kişiliyim yoxdu ey, bu Allahdan mənə verilmiş butadı. Gənə əl çəkmiyif. Aşığ onda muradxannılara qarğış eliyif ki, məni bu gədəyə niyə döydürtdürürsüz?
XV mətn
Güləbirt kəndinin qabağında Qiyasdı kəndi oluf, Aşıx Sarı o Qiyasdıdan oluf. Aşıx Sarının sünnəti olmuyub. Sünnəti yerində bir dəsdə gül oluf. Amma Yaxşı bilmiyif ki, bunda hissiyyat yoxdu. Aşıx özü deyif ki, sora demə ki, demədin. Məndə hissiyyat yoxdu. Deyif, yox, səni ürəkdən sevmişəm, hissiyatın yoxdu, yoxdu, gənə maa qəbulsan.
Bir gün Yaxşı bir dəsdə qıznan Həkəri çayının üsdündə paltar yuyurmuş. Bir şeytan gəlir Yaxşının qardaşdarını örgədir ki, siz nə beqeyrət adamlarsız. Sizin bajınıznan bir dərənin gedəsi gəzir (da bilmirlər axı Aşığın heş-zadı yoxdu), bir gün qujağında uşax gələjəh, onda nə cavab verəssiz? Şeytanın piri güjdü olar da. Buların qulağına dolur. Gəlif Sarıya deyillər ki, Sarı, çıx burdan get. Deyir məni Yaxşının dərgahından aralamıyın. Məni öldürsələr də, Yaxşıdan əl çəkən deyiləm. Aşığı bezdirillər. Oların kəndinin üsdündə təpə var. Aşıx çıxır bir gün o təpədə belə bir bayatı çağırır. Deyir ki:
Əzizyəm, ya süzmə,
Ya qatıxdı, ya süzmə.
Üz tuturam hak dərgahına, Aşığı yaradan tarı
Bu Qiyasdıdan yas üzmə.
Belə rəvayət söylüyüllər ki, vəba xəsdəliyi darıyır, Qiyasdıda bir quyrux buluyan qoymur. Qiyasdı camahatı hamısı vəbadan qırılır.
Dostları ilə paylaş: |