Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə256/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   252   253   254   255   256   257   258   259   ...   300
XVI mətn

Sarı Aşıx yenə səfərdəymiş. Həkəri çayının sahilində bir gəli­nin çiynində saxsı səhəng su aparmağa gəldiyini görür. Gəlin səhəngi suya salanda çayın içindəki daşa dəyib sınır. Gəlin səhən­gin sındığını görüb çox peşman olur. Bunu görən Aşıx deyir:


Mən aşiqəm, yerim sal,

Kürdü40 üstə yerim sal.

Sağ saldın, sayrı41 çıxdı

Aşıq deyir, yeri mis al.


XVII mətn

Sarı Aşıx dəyirmannan keçirmiş. Dəyirman daşının üsdündə taxtadan pər olur, o, dənin tökülməsini nizamlıyır. Daş fırrandıxca dəyir ona, yuxarını sirkəliyir, buğda ordan tökülür. Bu mənzərə Aşığa çox maraqlı görünür. Deyir:

Mən aşıq pərdəlidi,

Şüşəsi pərdəlidi.

Nov dərindi, su sərin

Görən deyir, pər dəlidi.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   252   253   254   255   256   257   258   259   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin