XXI mətn
Mən qoja nənəmnən eşitmişəm ki, Sarı Aşıx şıx oluf. Nənəm deyərdi ki, Sarı Aşığın qəbri Cələ piridir. Cələ piri də indiki xərçəng xəstəliyinin piri oluf. Kim ki, gedif oranı – Sarı Aşığın pirini ziyarat eliyirmiş, həmən adam cələ – xərçəng xəstəliyinnən sağalırmış. Oranın torpağınnan məlhəm qayırıf sürtürmüşdər, həmən adam tam sağalırmış. Sarı Aşığın piri okqədər kəramətdiymiş ki, sağalmıyan gedif orda sağalırmış.
XXII mətn
Cijimli camahatı yaylağa gedirmiş. Orda Molla Cuma adında biri varıymış. Hər cümə axşamı çıxırmış Malik Əjdərdə – qəbirsannıxda dua oxuyurmuş, sora qatırıynan qayıdırmış kəndə. Bir gün orda dua oxuduğu yerdə Sarı Aşıx gəlif çıxır ora. Molla Cuma duasını qutarannan sora aşığa deyir ki, aşıx, nəyə görə dağa getməmisən? Deyir ki, bəs mən bu il öləjəm, sən məni dəfn eliyərsən. Ama harda görsən, orda dəfn eliyərsən. Can verdiyim yerdə basdırarsan. Gələcəyinnən xəbər verirmiş e, aşıx. Molla Cuma aşığa deyir ki, əşi, belə danışma. Aşıx deyir ki, Molla, gəldim ki, saa sözümü deyim. Mən vəsiyyətimi saa elədim. Bir gün yenə Molla Cuma çıxıb, orda duasını oxuyub, oraları dolanırmış. Gəlif ki, qatırına minə, yenə kəndə. Nə qədər eliyir, qatır durmur. Düşür yola. Düz o dağ yoluynan gedir kəndə. Molla Cuma görür ki, durmuyan qatır Şah yolu deyilən yolnan gəldi həmin indiki künbəzin olduğu yerə. Aşıx dirsəhlənif, ama ölmüyüf. Aşıx deyif ki, molla, gəldin? Deyir ki, həə. Deyir, sudan bir əz kənardı, ama saa vəsiyyətimi eləmişəm. Vəfat eliyir. Molla Cuma su daşıyıf gətirir yuyur. Orda da dəfn eliyir aşığı.
Dostları ilə paylaş: |