Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə262/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   258   259   260   261   262   263   264   265   ...   300
SARI AŞIĞIN BAYATILARI
Mən aşıx, ağzındayam,

Aləmin ağzındayam.

Əslim qaradağlıdır,

Amma Məzməzəh ağzındayam.
Mən aşıx gəyən yerlər,

Gül boynunu əyən yerlər.

Mənə min nişana qaldı.

Ayağım dəyən yerlər.


Aşıx Qaramannıdı,

Xalın qaramannıdı.

Yaxşının tənəsinnən

Dağda qar amannıdı.


Mən aşıx, Güləbirdə,

Şeh düşüb gülə bir də.

Qurban olum o yara

Ağlıya, gülə bir də.

= Kaş quş oluf uçaydım

Düşəydim Güləbirdə.


Aşıx burda gərək,

Xalıx burda gərək.

Qoymaxla nə ağıl

Ağıl binada gərək.


Mən aşıx buğda gördüm,

Buğdanı dığda gördüm.

Gözəli sənətçidə

İyidi tuğda gördüm.


Məm aşıx dürüstdü adın,

Ləbinnən dürüstdü adın.

Aləmi geşt eylədim,

Görmədim dür ustadın.


Aşığam Sadağa ver,

Hirsinə qadağa ver.

Burdan salamat keşsən

Bir ye, beş sadağa ver.


Mən aşıx, ha Kərim,

Yetiş dada, ha Kərim.

Gen dünya sənin olsun,

Mənə bəsdi Həkərim.


Mən aşiqəm, Tərtərə,

Kür qarışar Tərtərə.

Üz qoyum üzün üsdə

Qoy qarışsın tər tərə.


Mən aşığam, yüz yerdən,

Əlli yerdən, yüz yerdən.

Camalım bayram ayı

Baxışarlar yüz yerdən.


Sarı Aşığın Yaxşıya dediyi bayatı:
Mən aşıx, məmə qana,

Təbrizə, Məməqana.

Kəs başım sinən üsdə

Qoy batsın məmə qana.


AŞIQ ABBAS
Aşıq Abbas Laçın rayonunun Piçənis kəndində anadan olub. Ata­sı nağara ustası olub və onu özüylə tez-tez toylara aparardı. Hətta bir dəfə toyda bir qadın Alıdan bir hava çalmasını xahiş edir, amma ha­vanın adını düzgün demədiyindən atası onun hansı havanı istə­di­yi dəqiq müəyyən edə bilmir. Onda Aşıq Abbas atasının kö­mə­yinə çatır və qadından bir dəfə o tərəfə, bir dəfə də bu tərəfə get­mə­sini xahiş edir. Qadının yerişinə görə onun hansı havanı istədiyini müəyyən edir.

Aşıq Abbas aşıqlıqdan başqa həm də dülgərliklə məşğul olur­du. Meşədə yeri vardı, orda təknə-tabaq düzəldib ondan gələn gəlir­lə ailəsini dolandırırdı. Vəfat etdiyi tarix məlum deyil, amma 90 yaş­­larında dünyasını dəyişdiyi deyilir və Piçənis kəndində dəfn olunub.
I mətn

Günnərin bir günü Sultan bəy on dənə toğlunu verir buna, deyir, bunu apar ver Şuşada filankəsə. Fikirrəşir ki, arada bu əsir-yesir oluf. Bunu bu bəydən o bəyə apar, bu dosdan o dosda apar. Bəs mənim qazancım nədi? Heyvanın birin kəsir, doyunca yeyir, dokquzun da qatıf qabağına gəlir Şuşaya. Sultan bəy də buna bir kağız vermişimiş. Kağızı gətirif verir həmin adama. Açıf görür ki, yazıf Sultan bəy ki, sənə on dənə toxumlux quzu göndərmişəm. Bular deyir ki, ay aşıx, axı dokquzdu. Deyir:

– Vallah ondu.

O deyir dokquzdu, bu deyir ondu. Deyir:

– Neyniyək indi?

Deyir ki, on adam çağır, hərəsi birin tutsun. On olmasa, sən deyəndi. On adam çağırır. Hərə birin tutur, biri boş qalır. Deyir, gördün, biri boş qaldı. Deyir, fərasəti oleydi, o da tutaydı.


II mətn

Aşığ Abbas çox hazırcavab bir adam olur. Dağ bəyləriynən aran bəylərinin əlaqəsi olurmuş da. Dağın da balı, heyvanı, meyvəsi yaxşı olur, bir-birinə pay göndərirmişdər. Bir gün Sultan bəy deyir ki, Abbas, sənə bir əzyət verəjəm. Aşığ Abbasnan aran bəylərinə on dənə quzu, bir az da pay göndərir. Bu quzuları qatır qabağına me­şəy­nən gətirir. Yolda Qırxqız deyilən yerdən keçəndə həmən Bal­lıca meşəsində görür ki, ajıyıf. Bir az meşədən mer-meyvədən yı­ğır, görür ki, yox ey, dayanammıjax. Öz-özünə fikirrəşir ki, ey da­di-bidad, qabağımda on dənə quzu var, mən niyə aj gedirəm? Yu­xa­rıdan Allah baxır və hamı bilir ki, mən ajam. Gətirir birin kəsir, qəşəh kabab eliyib yeyir. Bunu yolnan yeyə-yeyə çox rahat gəlir, quzuları da gətirir. Bəyin adamıdı, həm də Abbas özü də hör­mətdi adam oluf. Bəyin adamları bunu qarşılıyıllar, gəlif oturur. Sultan bəy buna bir məktub vermişmiş ki, bunu verərsən bəyə. Ab­bas da bilmirmiş məktubda nə yazılıf. Bəy məktubu oxuyanda görür ki, Sul­tan bəy salamdan-kalamdan sora yazır ki, sənə on dənə quzu gön­dərmişəm. Gör sağ-salamat gətirə bildimi. Oxuyanda deyir:

– Abbas, bəs sənə on dənə quzu veriflər, sən bura dokquz dənə gətirmisən.

Deyir:


– Bəy, dokquzdusa dokquzdu, ondusa ondu.

Bəy öz-özünə fikirrəşir ki, bu dağ adamıdı da, yəqin başa düşmür. Qoy bunu rahatçılıxnan başa salım. Öz adamlarına deyir ki, on nəfər adam toplayın bura. On dənə adam topalayır. Deyir:

– Abbas, bu adamın sayı neçədi?

Deyir:


– Ondu.

Bu adamlara deyir ki, hərəniz bir quzu tutun. Axı on adamdı, dokquz da quzu. Birinə çatmır. Deyir ki, Abbas, gördün, birinə çat­madı. Deyir:

– Bəy, elə danışırsan ki? Fərasəti oleydi o da birin tutardı.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   258   259   260   261   262   263   264   265   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin