Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə268/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   264   265   266   267   268   269   270   271   ...   300
XVI mətn

Bir gün Paşa bəy bulara gəlir. Deyif, Abbas, mən ölüm bu uşaxlara yemək ver, olar nətər yemək yeyir mən ona baxım. Deyir, yaxşı. Ləyən varmış, ərişdəsini, umacını tökür, hərəsinə bir taxta qaşıx verir. Bular takqatak yeyəndə görüf ki, biri zəyif yeyir. Məşədini gösdərif deyir ki, Abbas, bu uşax zəyif yeyir, bunu ayır.

Nəysə, gedillər ot çalmağa. Hamı girir laya, Məşədi axırda girir. Hamısın bir-bir laydan çıxardır. O vaxdı layın başına qızıl onnux qoyarmışdar. Elə bil burdan gedif oranı fırrıyıf gətirif kim birinci dərgazı oraya sancsa, qırmızı onnuğ onundu. Məşədi hamı­sın laydan çıxardır, pulu götürür. Paşa bəy deyif, bu kimdi? De­yil­lər, Abbasın oğlu. Deyir, Abbasın hansı oğlu? Abbas deyir, o gün sən mana dedin ey ən zəyifi, həmən oğlandı. Gətirir orda ona bir dənə cöngə verir, bir dənə də öküz kəsif uşaxlara yedirdir.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin