Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə269/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   265   266   267   268   269   270   271   272   ...   300
XVII mətn

Ayı bir kişini basmışımış. Deyif ki, bunu kim sağalda? Paşa bəy Xosrova deyif, sən sağalt. Bu da deyif ki, bunun üçün iki ay orda qalmax lazımdı. Mən bacarmaram, onu sağaltsa, ancax Aşığ Abbas sa­ğalda. Gedin danışın, hakq-hesabın deyin, gəlsin sağaltsın. (Paşa bəy həmişə Abbasın yaşayışı üçün şərait yaradıf. Allah ona rəhmət elə­sin). Rəhmətdik gedir, buna dava-dərman eliyir, bu sağa­lır. Deyir ki, sən get, hakqını göndərəjeyih. Ay bu qədər verə­jeyih. Ən hörmət­di, ən bahalı pay qulunnu maydanmış o vaxtları. Saa ikisini verəjeyih.

Nəysə, bunu sağaldır, ayağa qaldırır, gəlir. İki ay gözdüyür gəl­mir, üç ay gözdüyür gəlmir. Adam göndərir ki, mənim hakqımı niyə göndərmədiniz? Bular da vermir, fırradıllar. Onda rəhmətdik deyir:

– Səni ayı yeməknən tarixə salmadı, amma mən salaram.

Yazır ki,

Heyif mənim yaxşılığım,

Eylədim oğraş Qasıma.

Əslən huy, zatən qəzər,

Ayıya yoldaş Qasıma.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   265   266   267   268   269   270   271   272   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin