Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə272/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   268   269   270   271   272   273   274   275   ...   300
XXI mətn

Arvadı Aşığ Abbasa deyif ki, hamıya şeir deyirsən, birin də maa de da. Deyif, arvad, qorxuram küsəsən. Deyif, yox, niyə küsü­rəm? Deyir.

Abbas deyir kişi, get ojağına

Bir kom qaratikanı al qujağına,

Bir sakkat qancığı qoy bujağına,

Onnan yaşa, pis arvadnan yaşama.
Ölüf getməz bu dünyanın əngəli,

Acıxlandıranda yolar cəhli-cəngəli.

Ölüm vaxdı Əzreyilin çəngəli

Əlbət bil pis arvatdan yaxşıdı.


XXII mətn

Bir gün də özün vuruf azarrığa. Aləmə deyif ki, bu and, bu qu­ran hakqı sirri aşsan başı kəsəjəm. Aləm deyif, a kişi, mən ha­vaxt sənin sirrini aşmışam. Deyəndə deyif ki, yox ey, bu sirri aşma. Bunun da səkgiz oğlu oluf, bircə dənə də Teyfə adında qızı. Deyif, oğlannarımı çağır yanıma, mən ölerəm, vəsi eliyirəm. Gəlif deyir, ay oğul. Mənim elnən bir adım var, Paşa bəydən Sultan bəyə hamı məni tanıyır. Axı mən ölerəm, məni nətər götürəjehsiz siz, adıma layix dəfn ola. Biri deyif bir öküz gətirejəm (öküz nə gəzir), biri deyif bir kəllə qənd gətirejəm, biri deyif bir tay un gətirejəm. Başın götürüf deyir ki, belə-belə olasız. Nə ölmürəm, nə də vəsi elə­mirəm. Onu mən öləndə gətirif verəjəhsiz o biri kəntdə Şahmirzə var, yeyif o Qızıl qəyənin altıynan gedəjəh. O maa lazım deyil. Gətirin indi verin yeyim, aj ölmüyüm.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   268   269   270   271   272   273   274   275   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin