Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə276/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   272   273   274   275   276   277   278   279   ...   300
XXVI mətn

Şahbulağ ərazisində Pərioğullar bəyi oluf. Bu bəy xəbər gön­dərif Paşa bəyə ki, paşam, sizdən bir nəfəri sel gətirif bura. Bunu nətər dəfn eliyək? Bu, Aşığ Abbası çağırır ki, belə məktub yazıf, buna nə cavab verək. Deyir ki, paşam, sel aparan ayı olar. Ona xəbər göndər ki, dədəni-babanı nətər dəfn eləmisənsə, onu da heylə dəfn eylə. Bu da gəlif çatıf buna.

Bu bəy dağa gedən vaxdı Paşa bəy Aşığ Abbasa deyir ki, ayrı heş bir kəsə demirəm, özün gedərsən ona elə bir qisas eliyərsən ol­muyan kimi. Gəlillər Taxtabaşına, orda düşüllər. Bəy heyvanı yan-yön eliyir. Yağınnıx imkan vermir. Bir alıxlı öküz köşdən yayınır qırağa çıxır. Aşığ Abbasa da bu lazımmış. Bunu götürür, yolnan rəddi düşə-düşə gətirif çıxardır qapıya. Bilir ki, bunun rəddiynən gələjəhlər. Kəsir, soydurur, ətinnən doğruyur pişitdirir ki, arvad, qonax gələjəh, yemək hazırra. Çul alığı da qoyur ojağın qırağına. Bu kişi gəlir deyir ki, mənim öküzümü gətiriflər bura, rəddini gətir­mişəm düz sənin qapına çıxır. Deyif ki, qardaş, gət­misən lap yaxşı eləmisən. Burdan belə mənim boynumadı. Harda olsa, öküzünü tapajam. Bu oturur. Arvada deyir ki, çaydan-zaddan gətir bu kişiyə. Yoldan gəlmisən, aj olarsan. Ye-iç, onnan sora danışarıx. Öküz yi­yə­si görür ki, saz asılıf ordan. Aşığ Abbas buna and-aman eliyir. Deyir ki, qardaş, görürəm and-amana inanası dö­yülsən, saznan and içəjəm sana. Öküzün nişanasın deyir. Deyir ki,

Alnında doşan təpəli,

Qoltuğunda xalı cöngənin.

Altında çul alığı,

Ağzında yağı cöngənin.

Əyər axtarış eyləsən,

Çıxar baş-ayağı cöngənin.

Bu kişi deyir, əyə, qardaş, mən ölüm, hakq aşığısan, bunu sən hardan bilirsən? Daa burdan belə qaldı sana. Mən qayıdım xəbər verim. Bu qayıdır bəyə xəbər verir. Bəy deyir ki, ə, nəyin üsdə oturmuşdun? Deyir, vallah, bir qara keçə idi, üsdündə oturmuşdum. Deyir, bə Abbas nə dedi? Dediyin təkrar eliyəndə deyir ki, da burdan belə getməyin adı yoxdu. Ordan addıyır Murov dağına, da o dağa getmir.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   272   273   274   275   276   277   278   279   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin