Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə278/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   274   275   276   277   278   279   280   281   ...   300
XXVIII mətn

Bir gün Bərdə rayonunun Alpout kəndində yaşıyan Adgözəl bəy ətraf rayonnarın bəylərini qonax çağırır. Bir rus qızını almışdı. Həm bir toy məclisi kimi, həm də qonaxlıx kimi bütün bəyləri dəvət eliyir. Allah rəhmət eləsin, laçınnı Sultan bəyi də dəvət eliyir. Sultan bəy Abbası da özüynən götürür. Hər bəyin yanında hazırcavab bir adam olurmuş. Məclis boyu bəylərin yanında olan hazırcavablar bir-birilərinə söz atıllar. Nə qədər söz fırranır Sultan bəyin hazırcavabı olan Aşığ Abbas sakit dayanır. Sultan bəy buna nə qədər işarə eliyir ki, bir kəlmə də sən de da, bəs məni biyabır eliyirsən. Nə qədər eliyir dinmir. Məclisdə çox sözdər fırranır. Bəylərdən hansınınsa hazırca­va­bının biri deyir ki, üzdən irağ, bir ulağı elə örgətmişəm ki, kitab oxu­yur. Deyillər, nətər? Çıxıllar çölə, bir ulax gətirillər. Kitabı qo­yul­lar qabağına. Kitabı diliynən çöyürür, çöyürdükcə də anqırır. Sul­tan bəy Aşığ Abbası çəkir qırağa ki, ə yekə kişisən, məni biyabır elə­mə, bir söz də sən de. Yandım töküldüm. Abbas dinmir. O vaxda qə­dər ki, məclis dağılır. Bəylərə deyillər çıxın çölə, yerrər salınsın ki, gə­lib yatasız. Aran yeridi, sahələrdə çakqallar ulaşırmış. Abbas bəy­lərin birinin hazırcavabınnan soruşur ki, bu nə səsdi gəlir? Deyillər ki, bir dəsdə aşıxdı, gedif o yiyəsizdihdə oturub çalıb-oxuyullar. Abbas yenə dinmir. Sultan bəy Aşığ Abbasa deyir ki, qayıdanda orda sənnən hak-hesabı çəkəjəm. Bəylər dəvət olunur ki, gəlib yatsınnar. Sultan bəy deyir ki, Abbas, gəl. Deyir, bəy sağ olsun, mən burda qala bilmərəm. Sultan bəy hiss eliyir ki, bunda nəsə söz var. Ə, deyir, gəl içəri. Deyir, yox ey, mən burda qala bilmərəm. Deyir, niyə? Deyir, bir yerin mollası ki, ulağ olajax, aşığı da çakqal orda kişi qalmaz. Mən getdim, səni bilmirəm. Sultan bəyin rəngi açılır. Qayıdanda on toxlu ənam verir ki, bu da sənin o sözünün hakqı.
XXIX mətn

Aşığ Abbas Dərələyəzdən bir qız sevir. Məhəbbət də on cü­rədir. Onun dokquzu ötəri hisdi, bircəsi ilahi məhəbbətdi. Heylə vu­rulur bir gözələ. Demək, Dərələyəz Ermənistan tərəfdədi. Ara­mız­da da böyük dağ silsiləsi var. Aşığ Abbas özü Piçənisdəndi. Orda qo­hu­mu da varmış. Qohumugildə qalır ki, bu gözəli görə, eliyə. Qış düşür yollar bağlanır. Qar tayalanır elə olur ki, külək yumşax qarı gətirir iyirmi-otuz metr qar zirvəsi yaranır. Keşmək mümkün ol­mur. Orda deyir ki,

Necə gedim Kürdhajıya,

Tutuf yolum Selim gədiy.

Qala bilmirəm qürbətdə

Yada düşüb elim, gədiy.


Təkədonduran yavadı,

Qırx qız dərdimə davadı.

Oylağım Sarı babadı

Mıxtökəndi yolum, gədiy.


Yaz ola yollar işdiyə,

Aşam Şəlviyə, Daşdıya.

Aşığ Abbas, Qışqaşdıya

Düşə bir də yolum, gədiy.


XXX mətn
Kürkü geydim, baldırımı sarıdım,

Arvad-uşaq heş bilmədi varıdım,

Qoydular qapıda sərgi qorudum

Dedilər toyuğa kiş demir zaman.


Həşdatdan, doxsannan yüzə yaşadım,

Arvadı, uşağı onda boşadım,

Bir də uşağ oluf yerə iş...m,

Durdum gördüm yerim yaşdı bir zaman.


***

Elin pisi kürdhacılıdı,

Tamam sözdəri acıdı.

Paşa bəyi qatmağ olmaz,

Hamısı ağıl möhtacıdı.
AŞIQ BƏYLƏR
Bizdə Molla Vəli var idi, Narışdar kəndində olurdu. Kəndə gələndə bizim evə düşərdi. Aşığ Bəylər dediyimiz də o kəntdən idi. Bir dəfə gedillər Vəlinin dalınca ki, ölü yerinə gətirələr. Aşığ Bəylər də toya gedirmiş. Qabangədih deyilən yer var, orda ras­da­şıllar. Molla Vəli deyir:

– Bəylər, xeyir ola?

Deyir:

– Vəli, yəqin xeyirdi ki, mən gedirəm da. Şər olcaxsa, sən gedəcəhsən.



Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   274   275   276   277   278   279   280   281   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin