38. HƏZRƏT ƏLİ HAQQINDA DİGƏR MƏTNLƏR
I mətn
Cənab Əli Basarkeçər dağını qılıncıynan vuruf, dağı yarıf ordan keçif gəlif. Ona görə 1941-1945-də hər yer aj qalanda bir Beyləqannan çörək qutarmadı (peyğəmbərin surfası oraya açılmışdı), bir də Basarkeçərdən. Basarkeçərdən gedif taxıl gətirif yeyərdih ajdıx ili.
II mətn
Həzrət Əli Dəcləmi, ya Fəratmı çayının yanında durur, deyir siz mənim ağlımnan yox, qolumnan istifadə etdiniz. Mənim ağlımnan istifadə etsəydiniz, mən bu çaynan dünyanı nura qərq eliyərdim.
III mətn
Müharibə olur, bərk vuruşma gedir. Gavurlar Xeybər qalasına yığışıllar. Əli Xeybər qalasıın qapısını kəsir, deyir, burdan bir adam çıxmasın. Bunnarı qırır. Üzdən irax, bir qancıx balasın ağzına alır Xeybər qalasınnan çıxır. Əli deyir, burdan heş kim çıxmadı ki? Deyillər yox, heş kim çıxmadı. Amma bir qancığ ağzında balası çıxdı. Deyir:
– Vay dad, biz adam qırmamışıx, elə gavırlar öz yerindədi.
IV mətn
Həzrət Əli getmişmiş ova. Gedir ki, bir cüyür balasın əmizdirir. Cüyürü vurmur, çıxır gəlir. Sora başqa ovçular bu cüyürü vurullar. Görür ki, bunun balaları yetim qalıf. Ona çox heyfsilənir. Onnan sora ov mövsümünü o yaradıf ki, bala vaxdı heş kəs ova güllə atmasın.
Dostları ilə paylaş: |