Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə284/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   280   281   282   283   284   285   286   287   ...   300
III mətn

Kərim gedir Başxanımın dalınca. Görür ki, Başxanım köçüb gedib yaylağa. Dalınca yaylağa gedir, görür burdan da köçüb. Orda deyir:

Köçübdü ağır elləri

Batıbdı qəm-yasa dağlar.

..................................

......................................


İki sevgi firaq kimi

Hakq keçirmiş çırax kimi,

Bağban əl çəkmiş bağ kimi

Qalıbdı mirasa dağlar.


Dağlar yenə öyünübdü,

Gül-nərgizi soyunubdu,

Kərim kimi geyinibdi

Qara libasın dağlar.


IV mətn

Kərim çox gedir Başxanımın dalınca. Başxanımın ata-anası qızı buna vermillər. Okqədər gedir gəlir, gedir gəlir. Anası da görür Kərim bu qızdan əl çəkmir. Ehtiyat eliyir ki, əlinnən bir xəta çıxa, bunun başına bir iş gələ. Anası onu mundarrıyır, onnan sora Başxa­nımdan əl çəkir. Başxanımnan əl çəkənnən sora mənim babamın bayısını verillər Qara Kərimə.


OLUR
Laçın rayonu dağlıx yer olduğu üçün qış sərt olurdu. Bir il də qış çox sərt gəlir. Qara Kərimin qohumlarından Qədir addı kişinin otu qutarmışımış. Mal-qoyun da çox. Qalır çar-naçar vəzyətdə ki, neyniyim. Bizdə yaz bir az gej gəlir da. Mart ayının axırrarıdı, bunun ot-alafı qutarıf, qalıb pis vəzyətdə. Qara Kərim götürüb onu nəzmə çəkir. Deyir:

Qıjıltıynan dağdan əsir tufannar,

Vaveyliyə düşüf cəmi insannar.

Mərələrdən qutarıfdı samannar,

İndi də gəvənnər xoş avaz olur.
Biçarə Qədirdə yoxdu bir güman,

Axşam-səhər dayim çəkir əl-aman,

Kim versə ona bir səbət saman,

O zaman əhvalı çox saz olur.


Qara Kərim, unutma bu ilki qışı,

Çürüdür ağacı, əridir daşı,

Müşgül olub qara camışın işi

Xəlbirnən azuqəsi çox az olur.


OLMAZ
Qonşu kənt var, Qarakeşdi. Orda yüzbaşı İsgəndər oluf. Bir az əzazil adam oluf. Gəlif töycünü yığanda camahatı incidif. Qara Kərim orda ona bədahətən şeir deyir. Qara Kərim özü yazıb-oxu­mağı bilmiyif, nə deyirdisə, bədahətən deyirdi. Orda ona deyir ki:

Fürsət əldə ikən yaxşılığ eylə,

Əlində hər zaman ixdiyar olmaz.

Gəl güvənmə dövlətinə, malına,

Mala, mülkə, ömürə eytibar olmaz.
Qara Kərimi axdaran tapar,

Bir könlü tikən min kəbə yapar,

Sən çalış işini hakq ilə apar,

Hakdan qeyri kimsə sənə yar olmaz.



OLMAZ
Deyillər ki, hər zad çəkər cinsinə,

Sarı əldə saxlamaxnan baz olmaz.

Nanəcibə əmək çəksən itirər,

Qalayçıdan sana minasaz olmaz.


Borc çörək alsa da qardaşdan bacı,

Verəndə yaxşıdı, alanda acı.

Rəndəyə çəksən də əyri ağacı

Binadan əyridi, daha düz olmaz.


At yerinə ulax çəkər töylüyə,

Yaramaz ki düşmən üsdə höylüyə,

Söyütdən təndir, kürtdən (bijdən) ölüya,

Qara qarğa suya düşsə, qaz olmaz.


Selav kənarında yatan şad olmaz,

Bədəsillə həmdəm olan kam almaz.

Şüşədən çəksələr, əsil cam olmaz,

Əsil cam da sınsa, hələ zay olmaz.


Ulduz şölə saçmaz çıxsa ayınan,

Gədəçədən heç bəy olmaz çayınan,

Qonşulardan gələn cam-cam payınan

Yəqin bilin, heş kimsənə bay olmaz.


Kərim deyir, yaxşı nədən tanını,

Var qutarar eyiblinin canını,

Çəksələr meydana hak divanı,

Kök öküzdər arıx ata tay olmaz.


Kərim bu sözdəri deyər xasına,

Canım qurban iyitdərin xasına,

Qarğa yumurtasın quş yuvasına,

Qoysan, qarğa olar, baysar olmaz.


GƏRƏK
Arxalığ əlindən gəldim amana,

Səni qatlayıban bir bükən gərək.

Yolum düşsə, bir səfərə getməyə,

Şəllənməyə yaxşı bir örkən gərək.


İynə satan, malın qalsın mirasa,

Sapı pərdi imiş, ulduzu kasa.

Qara Kərim, çox söyləmə xülasə,

Sən deyən təhərdə bir tikən gərək.




Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   280   281   282   283   284   285   286   287   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin