Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012


Əlişoğlu Əbülfət. Başı bəlalı kəndim. Sumqayıt: “Zər­da­bi”, 2006 kitabından götürülmüş mətnlər



Yüklə 5,93 Mb.
səhifə298/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   292   293   294   295   296   297   298   299   300
Əlişoğlu Əbülfət. Başı bəlalı kəndim. Sumqayıt: “Zər­da­bi”, 2006 kitabından götürülmüş mətnlər: Ovçular haqqında xatirələr (IV mətn); Xəsis adam; Laləzar körpüsü; Dünyamalı; 1918-ci il hadisələri xatirələrdə (V mətn).
Əliyev Əli Umud oğlu, Laçın rayonu, Ərikli kəndi, 1934-cü il, ali təhsilli müəllim. Müəllimlər İnstitutunun Ağcabədi filialında işləyir. Ağcabədi rayonunda məskunlaşıb. Söylədiyi mətn­lər: Paşa bəy (I-II mətnlər); Dovşanı araba ilə tutmaq. Aşıqlar və el şairləri: Sarı Aşıq (VI-VIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə
Əliyeva Çimnaz Bayramalı qızı, Qubadlı rayonu, Hacılı kəndi, 1952-ci il, təhsilli. Sumqayıtda məskunlaşıb. Söylədiyi mətnlər: Qaranquş haqqında; Sərçəni öldürmək savabdı (II mətn); Barama­qurdu; Həzrət Əli və gavur; Böyüyə hörmət; Ömür suyu; Seyid Sə­lim ocağı; Qaçaq Baba (V mətn); Sevgi-məhəbbət bazarlığı; Ağac­la bağlı xeyir-dua. 1918-ci il hadisələri: (I mətn). Nağıl: Çörəyə ehtiram (I mətn); Otuz illiyə verilən var-dövlət. Lətifə: Dəli sözü (I mətn); Donum, aş ye. Toplayanı: S.Bağdadova
Əliyeva Roza Fərəməz qızı, Zəngilan rayonu, Mincivan qə­sə­bəsi, 1948-ci il. Söylədiyi mətnlər: Allah məni xilas edəcək. Na­ğıl­lar: Şah Abbas və keçəl; Allahla şərikli bostan əkən qoca; Pir­qu­lunun şahlığı; Çirkin qızın bəxti; Arvad şəri. Bayatılar: 222-249. Toplayanı: Ü.Əliyeva
Əsədov Ədalət İxtiyar oğlu, Qubadlı rayonu, Göyyal kəndi, 1959-cu il, ali təhsilli müəllim. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Göyyallılar haqqında (I mətn). Etnoqrafik mətn: Sürəkçi. Lətifə: Sən allah, onun kökünü kəssənə. Toplayanı: İ.Rüstəmzadə
Əsədova Savat Cümşüd qızı, Qubadlı rayonu, Xələc kəndi, 1937-ci il, təhsilsiz. Söylədiyi mətnlər: İmamzadə. Nağıl: Məhəm­məd Hənifə. Toplayanı: İ.Rüstəmzadə
Əsgərov Famil Məhəmməd oğlu, Laçın rayonu, Dambulaq kəndi, 1959-cu il, orta təhsilli, sürücü işləyib. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Qaçaq Nəbi (IV mətn). Lətifə: Özün halal edəcəksən. Aşıqlar və el şair­ləri: Aşıq Abbas (II mətn). Toplayanı: İ.Rüstəmzadə
Güləliyev Nuruş Xanhüseyn oğlu, Laçın rayonu, Şeylanlı kəndi, 1937-ci il, ali təhsilli. Ağcabədi rayonunun Taxtakörpü qəsə­bə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Səfqulu və Ağəli nəslinin mənşəyi (II mətn); Şeylanlılar haqqında; Sultan bəy (VI və IX mətnlər). Toplayanı: İ.Rüstəmzadə
Gülməmmədov Zakir Ofşar oğlu, Laçın rayonu, Kosalar kəndi, 1941-ci il, orta təhsilli, ticarətlə məşğul olub. Söylədiyi mətnlər: Çılpaq donuz (I mətn); Ağoğlan məbədi; Sultan bəy (IV və X mətn­lər); Hərənin öz qisməti var. Nağıl: Dülgər Əhməd. Lətifə: Gülmə­yən Bəhlul; Bəhlul ulağı ağaca dırmaşdırır. Toplayanı: İ.Rüstəmzadə
Heydərova Balaxanım Calal qızı, Laçın rayonu, Dambulaq kəndi, 80 yaşında, yeddiillik təhsil. Ağcabədi rayonunun Tax­ta­körpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Həzrət Əli haqqında digər mətnlər (I mətn); Seyid Alı xəlifə (IV-VI mətnlər). Etnoqrafik mətn: Xıdır Nəbi (I mətn). Toplayanı: İ.Rüstəmzadə

Həmidov Nəriman Şükür oğlu, Qubadlı rayonu, Armudlu kəndi, 1933-cü il, orta-ixtisas təhsilli müəllim. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Səbət keçməz; Qaçaq Nəbi (IX mətn); Əlyanlı qaçaqları (I-IV mətnlər). Toplayanı: İ.Rüstəmzadə


Həsənalıyev Malik Babaş oğlu, Laçın rayonu, Güləbird kəndi, 1954-cü il, orta təhsilli, bərbər işləyir. Sumqayıt şəhərində məs­kun­laşıb. Söylədiyi mətnlər: Cicimli ocağı (II mətn); Hazırcavab laçınlı. Aşıqlar və el şairləri: Sarı Aşıq (XX mətn). Topla­yanı:İ.Rüstəmzadə
Həsənov Həsən Əsgərxan oğlu, Qubadlı rayonu, Fərcan kəndi, 1948-ci il, ali təhsilli müəllim. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Qaçaq Baba (I-IV mətnlər); Fərcan kəndi. Top­layanı: İ.Rüstəmzadə
Həsənov Hüseyn Həsən oğlu, Laçın rayonu, 1956-ci il, ali təh­silli, yas məclislərini aparır. Sumqayıt şəhərinin H.Z.Tağıyev qə­səbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Cicimli ocağı (I mətn); Malik Əjdər türbəsi (I mətn); Kar kümbəz (II mətn); Paşa bəy (XIII mətn); Sultan bəy (XII mətn); Sən dediyində durmadın. Toplayanı: İ.Rüstəmzadə
Hümmətova Kəmalə Xudam qızı, Qubadlı rayonu, Əfəndilər kəndi, 1965-ci il, təhsilli. Söylədiyi mətnlər: Üç qardaş. Aşıqlar və el şairləri: Sarı Aşıq (XXI mətn). Toplayanı: S.Bağdadova
Hüseynov Hilal Qoca oğlu, Laçın rayonu, Güləbird kəndi, 1936-cı il, orta təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Sarı Aşıq (I və XIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə
Hüseynov Mamay Qaçay oğlu, Qubadlı rayonu Sarıyataq kən­di, 1927-ci il, orta-ixtisas təhsilli, müəllim işləyib. Sumqayıt şə­hərində məskunlaşıb. Söylədiyi mətnlər: Malik Əjdər türbəsi (IV mətn); Mirsədi ağa (II mətn); Dərviş pirim; Soltanbud; Sarı­ya­taq­lılar haqqında (I mətn); Qaçaq Nəbi (I-III mətnlər); Əlyanlı qaçaq­ları (IX-X mətnlər); Padarlı Behbud. Vergili adamlar haqqında: (III-IV mətnlər). Lətifə: Kimin ayağı mazol olar? Aşıqlar və el şairləri: Sarı Aşıq (XV mətn). Toplayanı: İ.Rüstəmzadə
Hüseynov Nuşirəvan Bəylər oğlu, Qubadlı rayonu, Qaralar kəndi, 1935-ci il, orta ixtisas təhsilli, uzun müddət briqadir işləyib. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Qaçaq Nəbi (VII-VIII mətnlər). Toplayanı: İ.Rüstəmzadə
Xıdırov Əziz Qasım oğlu, Laçın rayonu, Ağbulaq kəndi, 1966-cı il, ali təhsilli müəllim. Ağcabədi rayonunun Taxtakörpü qəsəbə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Temiruçan dərə; Kərimuçan dərə; Sınıq körpü; Qaçaq Fətulla (I-III mətnlər); Qaçaq Səfo (I mətn). Lətifələr: Bu bızındı (II mətn); Qara şeydən qor­xa­rıq; Sıxdım ki suyu çıxa, öldülər. Aşıqlar və el şairləri: Sarı Aşıq (V mətn); Aşıq Bəylər. Toplayanı: İ.Rüstəmzadə
İbrahimov Cəfər Məmməd oğlu, Laçın rayonu, Oğuldərə kən­di, 1937-ci il. Şəki şəhərində məs­kunlaşıb. Söylədiyi mətnlər: Adəmin cənnətdən qovulması; Seyid Mirəziz ağa (I-II mətnlər). Top­la­yanı: İ.Rüstəmzadə
İlyasov Möhübbət Alış oğlu, Laçın rayonu, Ağanus kəndi, 1953-cü il, orta təhsilli, sürücü işləyib. Söylədiyi mətnlər: Eylas kişinin lətifələri. Toplayanı: İ.Rüstəmzadə
İsgəndərov Paşa Əvəz oğlu, Laçın rayonu, Ərikli kəndi, 1950-ci il, ali təhsilli riyaziyyatçı. Məktəb direktoru işləyir. Bərdə rayo­nu­nun Zümürxaç kəndində məskunlaşıb. Söylədiyi mətnlər: Dörd sev­gi; Ömərin Fatmaya elçi düşməsi; Hacısam nəsli (II mətn); Səfqulu və Ağəli nəslinin mənşəyi (II mətn); Alqulu kəndi (II mətn); Paşa bəy (XVI-XIX mətnlər); Sultan bəy (V və XV mətn­lər); İbra­him xa­nın oğlunun ölümü haqqında; Natəvanın Seyid Hüsey­nə ərə getməsi. Nağıl: Kor kişinin nağılı; Belə də qalmaz; Allah­dan gələn bəla. Lətifə: Dünyanın ortası haradır? Pezəvəng. Toplayanı: İ.Rüs­təmzadə
İsmayılov Allahqulu Sultanalı oğlu, Qubadlı rayonu, Göyyal kəndi, 1935-ci il, orta təhsilli, mexanik işləyib. Sumqayıt şəhərində məşkunlaşıb. Söylədiyi mətnlər: Göyyallılar haqqında (II-III mətn­lər). Toplayanı: İ.Rüstəmzadə
İsmayılov Əyyub İdris oğlu, Laçın rayonu, Nağdalı kəndi, 1948-ci il, ali təhsilli, uzun müddət müəllim işləyib. Ağcabədi rayonunda məskunlaşıb. Söylədiyi mətnlər: Seyid Məşədi İmran (I mətn); Paşa bəy (III-V mətnlər); Sultan bəy (VII mətn); Xosrov bəy; Temir yüzbaşı (I-II mətnlər); Qaçaq Hümmət. Aşıqlar və el şairləri: Sarı Aşıq (IX-XII mətnlər); Aşıq Abbas (III və XXX mətnlər). Toplayanı: İ.Rüstəmzadə
İsmayılov İsmayıl Sədi oğlu, Laçın rayonu, Cicimli kən­di, 1947-ci il, orta təhsilli. Sumqayıt şəhərində məs­kun­laşıb. Söylədiyi mətnlər: Musa peyğəmbər (I-II mətnlər); Malik Əjdər türbəsi (III mətn); Mir Həmzə Nigari (I-II mətnlər); Allahdan istəyən kişi. Nağıl: Qaraçuxasını axtaran kişi; Əcəli suda tamam olan gənc. Lətifə: Mən onların deyil, onlar mənimdir (I mətn). Toplayanı: İ.Rüstəmzadə
İsmayılov Vaqif Şərif oğlu, Laçın rayonu, Cicimli kəndi, 1946-cı il, ali təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn: Erkək Tavat (IV mətn). Toplayanı: İ.Rüstəmzadə
Kərimov Ağakərim Rəhim oğlu, Laçın rayonu, Zağaltı kəndi, 1936-cı il, ali təhsilli aqranom. Binə qəsəbəsində məskunlaşıb. Söy­lədiyi mətnlər: Hal haqqında (I mətn); Əli dostu; Paşa bəy (XXI mətn); Sultan bəy (XVII mətn); Kürdoğlu Məhəmməd (VI mətn). Lətifə: Qındı içəndə saqqalı tərpənirdi. Toplayanı: İ.Rüstəmzadə
Qorçuyev Xanış Seyfalı oğlu, Laçın rayonu, Səfyan kəndi, 1933-cü il, orta təhsilli. Sumqayıt şəhərində Kimya Texno­logiyaları Texnikomunun yataqxanasında məskunlaşıb. Söylədiyi mətnlər: Qurd qadın (II mətn); Cin haqqında (II mətn); Qaçaq Nəbi (VI mətn). Toplayanı: İ.Rüstəmzadə
Mamedov Bayram Mövlamverdi oğlu, Laçın rayonu, Cicimli kəndi, 1933-cü il, orta təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Mir Həmzə Nigari (III mətn); Kar kümbəz (I mətn). Toplayanı: İ.Rüstəmzadə
Mehdiyev Gümüş Balaca oğlu, Laçın rayonu, Arduşlu kəndi, 1940-cı il, orta təhsilli. Ağcabədi rayonunun Taxtakörpü qəsəbə­sində məskunlaşıb. Söylədiyi mətnlər: Misçi və Həşimlər nəsli (I-II mətn). Aşıqlar və el şairləri: Aşıq Abbas (XXI-XXV mətnlər). Toplayanı: İ.Rüstəmzadə
Məmmədov Əlizamin Yaqub oğlu, Laçın rayonu Çıraqlı kən­di, 1967-ci il, ali təhsilli, tamadalıq edir. Masazır qəsəbəsində məs­kunlaşıb. Söylədiyi mətnlər: Çıraqlı kəndi. Aşıqlar və el şair­ləri: Aşıq Abbas (XXVIII mətn); Növrəs İman; Ələsgərlə şəyir­di Musa; Qara Kərim və Qızxanım (II-IV mətnlər). Qara Kərimin şeirləri: Olur; Olmaz. Toplayanı: İ.Rüstəmzadə
Məmmədov Azad Gəray oğlu, Laçın rayonu, Güləbird kəndi, 1937-ci il, təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətn­lər: Güləbirddəki nəsillər (II mətn); Gavırlı dərəsi; Sultan bəy (VIII mətn); Erkək Tavat (III mətn). Sarı Aşıq (XXII mətn). Toplayanı: S.Bağ­dadova
Məmmədov Xudar Paşa oğlu, Qubadlı rayonu, Hacılı kəndi, 1932-ci il. Sumqayıt şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Hacılı kəndi; Sultan bəy (XIV mətn). Toplayanı: S.Bağdadova
Məmmədov Mehman Rza oğlu, Qubadlı rayonu, Sarıyataq kəndi, 1966-cı il, ali təhsilli. Sumqayıt şəhərində məskunlaşıb. Söy­lədiyi mətnlər: Sarıyataqlılar haqqında (II-III mətnlər). Topla­yanı: İ.Rüstəmzadə
Məmmədov Məhəmməd Mürsəl oğlu, Laçın rayonu, Minkənd kəndi, 1936-cı il, orta təhsilli, yas məclislərini aparır. Binəqədi ra­yo­nunda məskunlaşıb. Söylədiyi mətnlər: Qarışqanın duası; Allah dəvənə bərəkət versin; Peyğəmbərin yalanı; Minkənddəki nəsillər (I-VII mətnlər). Etnoqrafik mətnlər: Xıdır Nəbi (II mətn); Ho­lavar. Nağıl: Dilimi yaxşılığa öyrədirəm. Lətifə: Mən onların deyil, onlar mənimdir (II mətn); Kamallı kələyi; İstənilməyən qonaq (I mətn); Maşın tayanı yeyir. Toplayanı: İ.Rüstəmzadə
Məmmədov Telman Əziz oğlu, Zəngilan rayon, 1939-cu il, ali təhsilli müəllim. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Sarı Aşıq (XXIV-XXV mətnlər). Toplayanlar: F.Qasımova, G.Can­məm­mədova
Mikayılov Bəxtiyar Temir oğlu, Laçın rayonu, Minkənd kəndi, 1936-cı il, üçillik təhsil. Söylədiyi mətn: 1918-ci il hadisələri (II mətn). Toplayanı: İ.Rüstəmzadə
Mirzəyev Koroğlu Sədi oğlu, Laçın rayonu, Kaha kəndi, 1957-ci il, orta-ixtisas təhsilli, ticarətlə məşğuldur. Ağdam rayonu­nun Quzanlı qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Niyyət daşı; Çatıqıran nəbi; Firəng yolu; Sultan bəy (I və XI mətnlər); Qaçaq Nəbi (V mətn). Lətifə: Bacadan asılan qazan; Şah Bəh­lula yemək göndərir; Dənizdən çıxan əl. Aşıqlar və el şairləri: Aşıq Abbas (I mətn). Toplayanı: İ.Rüstəmzadə
Mustafayeva Telli Həbib qızı, Qubadlı rayonu, Qarağaşlı kəndi, 1943-cü il, orta-ixtisas təhsilli, tibb işçisi. Sumqayıt şəhə­rində H.Z.Tağıyev qəsəbəsində məskunlaşıb. Söylə­diyi mətnlər: Eymən­mə könlüm, eymənmə; Qaçaq Nəbi (X mətn); Erkək Tavat (V mətn). 1918-ci il hadisələri: (IV mətn). Toplayanı: İ.Rüstəmzadə
Niftəliyev Rafiq Şahverdi oğlu, Laçın rayonu, İmanlar kəndi, 1937-ci il, ali təhsilli. Məktəb direktoru, icra nümayəndəsi işləyib. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: İmanlar kəndi; Sultan bəy (XVI mətn). Etnoqrafik mətn: Bəyin qardaşlığı. Lətifə: Qarının arzusu. Aşıqlar və el şairləri: Aşıq Abbas (XXVII mətn). Səyyah Məhəmmədin şeirləri: Yeridi; Qara düyə; Dünya, söylə, Söyzalını neylədin? Toplayanı: İ.Rüstəmzadə
Novruzov Məhi Alışan oğlu, Laçın rayonu, Mişni kəndi, 1927-ci il, yeddi illik təhsil. Arıçılıqla məşğuldur. Ağca­bədi rayo­nu­nun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Gəloxçu tayfası (IV mətn); İbrahim xanın oğlu Paşa bəy; Cavad xan; Qara Məmməd. Toplayanı: İ.Rüstəmzadə
Novruzov Şahsuvar İslam oğlu, Qubadlı rayonu, Qubadlı qə­sə­bə sakini, 1929-cu il, orta-ixtisas təhsilli. Sumqayıt şəhərində məs­­kunlaşıb. Söylədiyi mətnlər: Əlyanlı qaçaqları (XI mətn); Erkək Səfər; Ey qara pişik, şto delayeş? Toplayanı: İ.Rüstəmzadə
Paşayev Fəxrəddin Müzəffər oğlu, Laçın rayonu, Kamallı kəndi, 1956-cı il, ali təhsilli mühəndis. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: Kamallı kəndi; Kürdoğlu Məhəmməd (IV-V mətnlər); Qaçaq Səfo (III mətn). Lətifə: Bünövrədən ot çıxıb. Toplayanı: İ.Rüstəmzadə
Paşayeva Əsli, Qubadlı rayonu, Taroğlu kəndi, 1934-cü il. Binə­qədi rayonunun Biləcəri qəsəbəsində məskunlaşıb. Söylədiyi mətn: Kalba Məhəmməd. Toplayanı: S.Bağdadova
Paşayeva Nargilə, Zəngilan rayonu, Beşdəli kəndi, 1948-ci il, Biləcəridə məskunlaşıb. Söylədiyi mətn: Beşdəli kəndi. Top­la­yanı: S.Bağdadova
Paşayeva Şamama Həsənalı qızı, Qubadlı rayonu, Taroğlu kəndi, 1944-cü il, təhsilsiz. Biləcəri qəsəbə­sində məskunlaşıb. Söy­lə­diyi mətnlər: Hal haqqında (II mətn); Allahın toyuğa acıq­lan­ması; Çoban aldadan ulduz; Çılpaq donuz (II mətn); Bibi su, bibi su; Sərçəni öldürmək savabdı (I mətn); Aləmə od düşər; Odla pambıq; Qoşa palıd; Özgəyə quyu qazan özü düşər; İcazəsiz addım atmaq cəhənnəmlikdir; Allahın şükürsüz bəndəsi; Ruhun inciməsi. Vergili adamlar haqqında: (I mətn). Etnoqrafik mətnlər: Çiləyə düşmək; Həmzatlı qadın; Cin dəyişəyi; Uşağın ilan boğan vaxtı; Axsıl. Nağıl: Üç bacı; Şərçi gəlin; Qəbr əzabı; İlan udan kişi; Ədalətsiz şah; Çörə­yə ehtiram (II mətn). Lətifə: Üsdən-üsdən; Ala öküzün əhvalatı; Quş qalxdı, dədəm qalxdı. Toplayanı: S.Bağ­dadova
Rəhimov Qədim Ənvər oğlu, Laçın rayonu, Korcabulaq kəndi, 1962-ci il, orta təhsil. Şəki şəhərində məskunlaşıb. Söylədiyi mətnlər: İlan qayası; Seyid Məşədi İmran (II mətn); Korcabulaq kəndi; Lolabağır kəndi; Qorçu kəndinin adı; Yağlıvənd kəndi; Kürdoğlu Məhəmməd (II-III mətnlər); Əlyanlı qaçaqları (VIII mətn). Nağıl: Hambal Mehdi. Toplayanı: İ.Rüstəmzadə
Salmanov Çingiz İsa oğlu, Qubadlı rayonu, Xələc kəndi, 1956-cı il, ali təhsilli müəllim. Sumqayıt şəhərində məskunlaşıb Söylədiyi mətnlər: Xələclilər haqqında (I-II mətnlər). Toplayanı: İ.Rüstəm­zadə
Səfərov Əyyub Lətif oğlu, Laçın rayonu, Məlikpəyə kəndi, 1944-cü il, orta təhsilli, sürücü işləyib. Söylədiyi mətnlər: Sultan bəy (XIII mətn). Aşıqlar və el şairləri: Sarı Aşıq (XXIII mətn). Toplayanı: İ.Rüstəmzadə
Səmədov Səlim Hacı oğlu, Laçın rayonu, Dambulaq kəndi, 1936-cı il, orta təhsilli. Ağcabədi rayonunda məskunlaşıb. Söylə­diyi mətnlər: Ustadına rəhmət; Peyğəmbərin Meraca getməsi; Həz­rət Əlinin ölümü; Comərd qəssab; Həzrət Əli və Rüstəm Zal; Seyid Alı xəlifə (I-III mətnlər). Toplayanı: İ.Rüstəmzadə
Şahsuvarov Şahsuvar Zülfü oğlu, Laçın rayonu, Budaqdərə kəndi, 1940-cı il, orta-ixtisas təhsilli həkim. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Ovçu­luqla bağlı xatirələr (I-II mətnlər); Bədnəzər adamlar haqqında; Həzrət Əli haqqında digər mətnlər (IV mətn); Budaqdərə kəndi; Mənim atım ana-baladı; Köşə boyda yer. Lətifə: Məşədi kişinin lətifələri (I-II mətnlər). Aşıqlar və el şairləri: Aşıq Abbas (XXVI mətn). Toplayanı: İ.Rüstəmzadə
Səfərova Nahidə Arif qızı, Laçın rayonu, Güləbird kəndi, 1971-ci il. Söylədiyi mətn: Dəlikdaş. Toplayanı: S.Bağdadova

Şirinov Məhəmməd Temir oğlu, Qubadlı rayonu, Muradxanlı kəndi, 1930-cu il, orta təhsilli, fəhlə işləyib. Söylədiyi mətnlər: Düldül hoppulan yer; Əlyanlı qaçaqları (V mətn); Erkək Tavat (II mətn). Toplayanı: İ.Rüs­təmzadə


Tağlıyev Cəmil Vəli oğlu, Zəngilan rayonu, Aşağı Gəyəli kəndi, 1931-ci il, ali təhsilli müəllim. Bakı şəhərində məskunlaşıb. Söylədiyi mətn: Qaçaq Nəbi (XI mətn). Toplayanlar: F.Qasımova, G.Canməmmədova
Zalov Məhəmməd Mürsəl oğlu, Laçın rayonu, Alxaslı kəndi, 1930-cu il, yeddiillik təhsil. Ağcabədi rayonunun Taxtakörpü qəsə­bəsində məskunlaşıb. Söylədiyi mətnlər: Alxaslı kəndi; Sultan bəy (II mətn). Lətifə: Fatihəni kimin adına verəcəyəm? (I mətn); Ölü xortladı (I mətn). Toplayanı: İ.Rüstəmzadə
Zamanov Bulud Mehdi oğlu, Laçın rayonu, Ərikli kəndi, 1931-ci il, orta təhsilli, bənna olub. Ağcabədi rayonunun Taxta­körpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətnlər: Vaxt-vədə haqqında; Buğa bürcü; Aşıq, yaza nə qaldı?; Hacısam nəsli (I mətn); Hey­dər­uşağı nəsli; Qatırçı Murad; Torpağın tavazası. Aşıqlar və el şairləri: Sarı Aşıq (IV mətn). Toplayanı: İ.Rüstəmzadə
Zeynalov Əli Əbil oğlu, Laçın rayonu, Tərxanlı kəndi, 1933-cü il, ali təhsilli riyaziyyat müəllimi. Söylədiyi mətnlər: Paşa bəy (XV mətn); Qaçaq Fərzalı (I-VI mətnlər); Qaçaq İldırım (I-II mətnlər); Erkək Tavat (I mətn). Aşıqlar və el şairləri: Aşıq Abbas (IX mətn). Top­la­yanı: İ.Rüstəmzadə
Zeynalov Yurin Abbas oğlu, Laçın rayonu, Piçənis kəndi, 1938-ci il, orta təhsilli, yas məclislərini aparır. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində məskunlaşıb. Söylədiyi mətn­lər: Bel ağrısı; Musa peyğəmbər (I mətn); Misçi və Həşimlər nəsli (III mətn); Paşa bəy (VI, VII, VIII və X mətnlər); Sultan bəy (III mətn); İsgəndər bəy; Kürdoğlu Məhəm­məd (I mətn). Nağıl: İmam Hüseyn aşiqi. Lətifə: Xəbəri necə çat­dır­malı. Aşıqlar və el şairləri: Aşıq Abbas (IV-VIII mətnlər); Paşa bəyin tərifi. Toplayanı: İ.Rüstəmzadə




Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   292   293   294   295   296   297   298   299   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin