Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə43/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   39   40   41   42   43   44   45   46   ...   300
50. SEYİD SƏFİ OCAĞI
Qızım, bu ojağın kəraməti o qədər böyüh idi ki, hamımız ora ziyarata gedirdih. Nəinki, biz, habelə heyvannar da gəlirdi. Çox ağır, kəramətdi ojax idi. Deyirdilər, bu ojağa əlih gəlirmiş. Biz ora ziyarata gedif çox şey diliyirdıx. Kimisinin övladı olmurdu, kimisinin işi düzəlmirdi, hamısı ora gedif niyyət eliyirdilər.

Bala, şəxsən mənim oğul övladım olmurdu. Getdim diləh di­lə­dim ki, ay Allah, mənim oğlum olsun, onun balasını seyidin qu­ca­ğına qoyajam. Nə niyyət elədim bala, hamısı oluf. İki oğlum oldu.



Bir də mən eşidəni Seyid Səfi İrana getmişmiş. Sora ordan qa­yıdıf, yanı bura keşməliymiş. Yollar da o vədə bağlıydı axı. Se­yid Səfi bəri addıyanda çuxasını çıxarıf, paltarını-zadını, hər şeyi yığıf çuxasının içərisinə, asıf boynunnan. Sora deyif, mən nətər eliyim? Qalıf Arazın qırağında. Fikirrəşir ki, mən nə təhər eliyim addıyım. Seyid Səfi görür ki, bir dənə balıx çaydan çıxdı. Yedi­yimiz balıxlardan dəyilmiş, o böyühlərdənmiş da. Çıxdı gəldi. Quy­ruğunu çaldı, durdu çayın qırağında. Seyid Səfi öz-özünə deyif ki, nəhlət saa şeytan, bı niyə gəldi durdu bırda? Balıx sudan üç dəfə çıxıf, sora da özünü suya vırıf. Seyid Əli deyif ki, yox, bu elə-belə şey dəyil. Yəqin bını Allah yolluyuf. Genə balıx gəlif duruf orda. Duranda Seyid Səfi deyif ki, Allah, Məhəmməd, ya Əli. Ayın-oyununu da götürüf, oturuf belinə. Düz balıx onu addadıf biz tərəfə. Seyid Səfini yerə qoyuf, quyruğun çalıf, bir də özünü vuruf Araza çıxıf gedif. A bala, gör bunnar nə qədər ağır seyitdilər ki, balıx da bını hiss eliyif onu çətinnikdən qutarıf. Sora Seyid Səfi də deyif ki, yeddi arxam toba desin, balıxdan yeməsin. Hətta deyillər ki, onnar­dan kim balıx yeyirdisə, həmən vaxtı da qaytarırdılar.
51. İMAMZADƏ
Onun bünövrəsin sizə nağıl eliyim. Onu maa rəhmətlik Vəzifə söhbət eliyif. Özü Göyərcikdən idi. O deyirdi ki, orda qəbir-zad yo­xumuş, bir çala yer imiş. Öküz otarannar gedif çıxıf ora. Öküz ota­ran oturmuşmuş çalanın kənarında. Görüf ki, çalada çiyələk yetişif qıpqırmızı. Girir ki, o çiyələkdən qırsın, gözü tutulur, kor olur. Çıxır qırağa, gözü açılır. Görür gənə çiyələk qıpqırmızıdı. Girir ki, çiləyəkdən qırsın, gənə gözü tutulur. Gəlir əvə, gecə yatır. Yuxuda görür ki, ağ geyimli bir qadın gəldi bunun yuxusuna. Buna deyif ki, biz burda iki bacı bir qar­daşıx. Bizi gəl şəmir elə. Camahata de orda ocax tiksinnər, ziyarat eləsinnər da. Bu da səhər durur, lapatkanı götürür gedir oranı qazır. Gedir qazır, görür ki, bir qadın qəbri çıxdı. Bir qadındı barmağında üzük. Bu üzüyü çıxardır salır öz barmağına. Qəbrin üsdünü örtür, gəlir. Yatır, gənə arvad gəlir. Buna deyir ki, sana dedim gəl bizi şəmir elə, yoxsa gəl bizi rüsvay elə? Sən öləsən, səni elə bir günə salacam ki, hər əzan bir dəfə qəbrə getsin. Vəzifə deyirdi ki, onu gözümnən gördüm. Deyir, bu durur qorxa-qorxa gedir qəbri eşir, üzüyü salır qadının barmağına. Camahata deyir ki, burda qəbr var, gəlin buranı tikax. Vəzifə and içir ki, onun bir dəfə barmaxları düşdü, əli biləkdən düşdü, qolu dirsəkdən düşdü, bədənin hər əzası düşdü, axırda bir quru bədən qaldı, o da qəbrə getdi.

Aparıb üsdündə heyvan kəsirdik, orda yeyirdik. Yolnan gedə­nə, gələnə ver­irdik, axşam tərəfi gəlirdik evə. Üç dənə qəbr vardı. Ora arağ içən gedəydi, ya hamamlanmamış adam gedəydi, ilan sal­lanır qapı­nın başınnan onu qoymurdu içəri girməyə. Seyid Həşim ağa Ağ­bu­lax kəndinnən idi, sonsuz bir kişi idi. İmamzadaya qaroul dururdu. Orda da öldü, o üç qəbrin ayax tərəfində də onu basdırıflar.

Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin