Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu azərbaycan folkloru antologiyasi (Cəbrayıl, Ağdam, Laçın, Qubadlı, Zəngilan, Ağcabədi və Kəlbəcər rayonlarından toplanmış folklor nümunələri) baki – “Nurlan“ – 2012



Yüklə 5,93 Mb.
səhifə46/300
tarix01.01.2022
ölçüsü5,93 Mb.
#102883
1   ...   42   43   44   45   46   47   48   49   ...   300
54. AĞOĞLAN MƏBƏDİ
O binanı tikən Ağoğlan addı oğlan oluf. Tağbəndləri vurmax üçün dəzgahları quruf. Tağbəndlər vurulannan sora dəzgah sökül­mə­lidi da. Deyir ki, gedin qapının başında bircə dənə çiv var, onu çəkin, nə qədər dəzgah var, hamısı özbaşına töküləjək.

Bina tikilif qutarannan sora qonaxlıx verillər. Qurban kəsiflər, qazan asıflar. Bir ilan gəlif düşüf qazanın içinə. Bunu bir qarğa görüf. Havada nə qədər fırranıf görüf ona fikir verən yoxdu, ilanın dalınca özünü salıf qazana. Yeməyi töküflər ki, qarğa ilannan ötrü özünü salıf qazana. Həmin qarğanın qəbri də orda dururdu.

Uşax vaxdı mənim ağzım əyilmişdi. Allah ölənnərinizə rəh­mət eləsin, anam boğazıma kəndir bağladı, apardı məni bağladı oja­ğın qapısına. And olsun, ağzım gəldi yerində oturdu. Çox ağır ojax idi. Ziyarata gedənnər binanın başına hərrənirdi. İçəridə nəzir qoyu­lan yer vardı, ora nəzirlərin qoyurdular. İçəri girən arxası qatda çıxırdı.


Yüklə 5,93 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   300




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin