73. MOLLALAR KƏNDİ Bizim kəndimizdə çox yaşdı bir kişi varıydı. O deyirdi ki, bizim kəndin binövrəsi belə qoyuluf. Bizim kənd yaşıllıx, çəmənnih, elə boş meşəymiş. Kəntdə bir dənə bulax varımış, ora bulağın bərəsi deyərmişdər. O bulağın üstünə elə maral-ceyran gələrmiş. Bizim kəndin binövrəsini deyillər ki, İrannan gəlmiş Molla Piyalə addı bir kişi qoyuf. Həmin kişi Laçına gəlmişmiş, özü də molla oluf. Oraları gəzif. İndiki kəndimizin yeri çəmən olduğuna görə bəyənif. O vaxtı da heyvandarrıxnan məşğul olurmuşdar. Deyif ki, elə bura yaxşıdı, xoşuna gəlir bu yer. Kişi bura gələndə evlənmişmiş. Yoldaşı varıymış, onun yanında da bir oğlan uşağı. Oğlan Mollanın yox, arvadın əvvəlki ərinnən imiş. Nəysə, gəlif bizim kəntdə yerrəşir. Başdıyır burda heyvandarrıxnan məşğul olur.
Mollanın da bizim kəndə gətirdiyi arvatdan üç oğlu olur. Olur dörd oğlu. Həmin kəndin də adı molla olduxlarına görə Mollalar kəndi adlanıf. Bizim kənd iki hissədən ibarət oluf. Bir hissəsi – Mollanın siftə düşdüyü yer kəndimizin aran hissəsidi. Elə bil orda qışda heyvanı saxlıyırmış, yayda da köçürmüş yuxarı kəndə. Beləliknən, onun dörd oğlu olur. Ona görə də kəndin adı Mollalar kəndi oluf.