78. BUDAQDƏRƏ KƏNDİ Kəndin bünövrəsini qoyufdu Əhmətdər nəsli. Bizim babalarımızın babası Zəngibasardan gəlif Naxçıvanın Kolanı kəndinə. Çaydan atnan keçəndə ayaxları suya düşürmüş, üzəngini su basırmış. Ona görə ora Üzəngibasar deyiflər. Bir qismi Kolanıda qalıf, yarısı gəlif Ağdərə rayonunun Xatınbəyli kəndinə. Ora gəlif mənim atamın babası Məşədi Əhməd, əmiuşaxları Kolanı, Şərəf gəliflər. Erməni-müsərman davasında ermənilər qırğınnar törədəndə atamın əmisi bir erməni öldürüf kəntdə, onun üsdündə kəntdən qaçıflar. Gəlillər Laçında Budaxdərə kəndini yaradıflar. Onnan sora onnarın başına toplaşannar olur. Zəngəzur, Sisyan mahalınnan gələnnər oluf. Ermənilər orda nə gəzirdi. Xatınbəylidə olanda erməninin nə get-gəli vardı, nə bir şeyi vardı. Az-maz erməni vardı, onnar da sənətkar idi, gəlirdilər ev tikirdilər.
Budaxdərədə budaxlar, əhmətdər, şavazdar nəsli var. Əhmətdərnən budaxlar əmiuşağı oluflar. Əhmədin bajısının yoldaşı başqa yerdən oluf, amma bu kəntdə məskunnaşıf. Onnan törəyən nəsil şavazdar adlanıf. Orda Həsənalı uşağı oluf, onnar sora ayrılıf Palçıxlı kəndini salıflar. Su olmadığı üçün yendilər Şəlvədə məskunnaşdılar.